Arxiv
24 Noyabr 2020, 23:52 | AKTUAL
Kəlbəcərsizliyin son anları...

27 il 7 ay 25 gün...10 101 gün... 242 424 saat. Eyni rəqəmlər də sanki təkrarlanır ki, həsrətin ömrünü azaltsın. Məcburi köçkünlük bizim ömrümüzü azaldığı kimi. Kəlbəcərin işğaldan azad olunacağına dəqiqələr qaldıqca yenidən Başlıbelili günlərimizi, Kəlbəcəri tərk edərkən piyada keçdiyimiz yollar, başımıza yağan güllə yağışı, qarda donub qalan insanlar, ayağı qırılan, qara batan mal-qaranın insanlara zillənən məzlum baxışları, dəfələrlə ölümlə üz-üzə gəldiyimiz anlar, açlığın, susuzluğun gətirdiyi yuxu, donmamaq üçün yürüməyə məcburiyyət və bu məcburiyyətin doğacaq 30 illik VƏTƏN həsrətinı xatırlayıram. 

 

Başlıbeldəki evimizdən 1993-cü il aprelin 1-də elə bu saatlarda çıxmışdıq. Evimiz kəndin girişində olduğundan gecə evimizdə qalmadıq. Kəndin mərkəzinə toplanmışdı hamı. Biz uşaqlar da baş verənləri izləyirdik. Böyüklər kəndi tərk etmək yox, müdafiə etməyi müzakirə edirdi o zaman. O saatadək ki, artıq Başlıbeli Kəlbəcərin rayon mərkəzi ilə birləşdirən tunelin bağlanması, rayon mərkəzinin davamlı vurulması ilə bağlı telefon zəngi oldu. O zənglə bütün ümidlər kəsildi və səhər saatlarında kəndimizi tərk etdik. Hətta bir saat sonra başımıza nə gələcəyini bilmirdik. Amma bu gedişin bir qərinəyə yaxın davam edəcəyini, uşaq kimi çıxıb saqqallı uşaq kimi dönəcəyimizi xəyal belə edə bilməzdik.

 

Aprel ayı Kəlbəcərin hələ qarlı olan vaxtıdır. Bir tərəfdən gecənin soyuğu, bir tərəfdən qar Başlıbeli tərk etməyə mane olurdu. Qarın olmadığı yerdə, ayağımız torpağa dəyəndə isə sanki torpaq bu ayrılığın uzanacağını hiss edib palçığı ilə gedişimizi əngəlləmək istəyirdi. Təxminən 9-10 saatlıq piyada yol gedib Kəlbəcər rayon mərkəzinin alt hissəsinə çatandan sonra isə buna güllə yağışı da əlavə olundu. Mərmilər sankı kimlərəsə zövq vermək üçün şahmatı formada yağırdı üstümüzə. Mərmi sağa düşəndə sola, sola düşəndə sağa qaçırdı əliyalın qoca, qadın, uşaqlar. Su içdiyin bulağın bir an sonra göyə sovrulması, ata bildiyin hər addım həyatda qalmaq üçün sankı bir şans idi. Bu günsə...

 

Kəlbəcərin azadlığına qovuşuacağının saatlarını sayarkən bu gün Ağdamdan ermənilərin əşyalarını aparmaq üçün ordumuzun nəzarətində olan ərazilərimizə gəlməsi videosuna baxdım. Azərbaycana müraciət edərək Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilər orada qalan əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət ediblər. İşğaldan sonra Gülablı kəndində məskunlaşan ermənilər, azərbaycanlıların evlərindən yağmalayıb sahibləndikləri əşyaları bu gün özünün hesab edib Ermənistana daşıdı. Bizlər isə əşya yox, gündəlik geyimdə tərk etmək məcburiyyətində qalmışdıq evimizi, yurdumuzu, doğulduğumuz torpağı. Unutmadıq, amma göstərdik yenə humanistliyini dövlətimiz. Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verdiyi kimi.

 

Nələr yaşamadıq bu illərdə. Təkcə son 10 gündə yox, həm də ötən 10 101 gündə. Aclığın, susuzluğun, VƏTƏNsizliyin nə olduğunu hiss etməyən duya bilməz bir məcburi köçkünün yaşadıqlarını, məncə. Uşaqlığı əllərindən alınan və bu səbəbdən heç zaman böyüyə bilməyib yaşlanan uşaq olduq. 3 günlük aclıqdan sonra yarıçirkli əsgər adyalının arasında gətirilən isti çörəyi həyatının ən ləziz təamı hesab edən uşaq olduq. Bir gecədə sahib olduğu bütün maddi əmlakını itirən valideynlərinin qonşunun verdiyi çaydanda su qaynadıb, stəkanda sənə çay verərkən keçirdikləri ağrıları duyan, sinif yoldaşlarının pul yığıb səninçün aldıqları kitab, qələm və  qovluğu qəbul etməyin utancı hiss edib bugünədək yaşayan uşaq olduq. O uşaq ki, uşaqlığının necə olmasını təsəvvür etməyə, 14 yaşınadək dövrünü təsəvvür etmək üçün baxmağa bir fotosu belə olmaya.

 

Hərdən əlimdə olan  fotolara  baxanda həyatımın 14 yaşımdan başladığını düşünsəm də, fotoları əlimdə olmayan 14 illik həyat, deyəsən, daha maraqlı olub. Hafizəmdə elə əksini tapıb ki, nə 27 il 7 ay 25 günlük ayrılıq, nə məcburi köckünlük, nə də 1993-cü ildən sonra yaşadığım maraqlı, maraqsız günlər o illərə kölgə sala bilməyib.

 

Qəribədir, özümün şəklimi tapmasam da, evimizin dağılmış divarlarına illərdir şəkillərdən baxıram. Doğulduğum evin şəklini 2014-cü ildə Rusiya turistləri çəkib internetə yerləşdirmişdi. Həmin şəkli internetdən tapıb 2014-cü ildən indiyədək kompüterimin iş stolunda saxlayıram. Hər gün işə başlayandan axşam kompüteri söndürəndək evimizin dağılmış divarlarını görürürəm. Gözünü yumanda doğulduğun kənddə, 14 il yaşadığın evdə olub, gözünü açanda dağılmış divarlar görürdüm son 6 ildə. Amma Rəşadətli Azərbaycan Ordusu bitirir bu həsrəti. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Ağdamda dalğalanan üçrəngli bayrağımız bir daha enməmək üzrə sabah Kəlbəcər də dalğalanacaq.  44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan əsgərlərinin döyüş meydanındakı qələbəsini siyasi arenada möhkəmləndirən Ali Baş Komandanın Laçın, Xocalı, Xocavənd, Ağdərə, Xankəndində də bayrağımızın dalğalanmasını təmin edəcəyinə ümidliyik.

 

Kəlbəcərin işğalı bitir. Qarabağ müharibəsi təkcə mənim deyil, minlələ mənim kimi uşağın həyatını məhv edib. Normal təhsil ala, sağlam böyüyə, uşaqlıq həyatı yaşamağa imkan verməyib. Amma bütün bu yaralar sağalacaq Kəlbəcər işğaldan azad olunanda. Ağrısı unudulmasa da, daim göynəsə də sağaldacaq işğaldan azad olunan Kəlbəcər yaralarımızın bir qismini. Yeni həyat verəcək, təkrar yaşamadığımız uşaqlığımıza döndərəcək bizi Başlıbelə dönüşümüz. İllərdir Başlıbelı dönməyin xəyalını qursam da, indi ilk nə edəcəyimi bilmirəm kəndimizə gedəndə. O qədər xatirələr, həsrətdən yoğrulan o qədər düşüncələr var ki...

Amma biz başlıbellilərin ilk borclularından biri Başlıbeldə amasızlıqla qətlə yetirilən (http://regionalhumanrights.org/az/?p=2049) həmyerlilərinin məzarını və döyüşdükləri kahanı ziyarət etmək olacağı şübhəsizdir...

 

Xalid VAHİDOĞLU

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova 20 Yanvar 2021, 11:20 Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək  - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13