Arxiv
25 Noyabr 2020, 14:40 | AKTUAL
Kəlbəcərin azad edilməsi Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü Qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı, güclü erməni ordusu” mifini darmadağın etdi. Qısa müddət ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu Qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərbdə də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.

 

Bunu Modern.az-a Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

 

Millət vəkili qeyd edib ki, Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olması ilə davam edir. Dövlətimizin başçısı İlham Əliyev hər zaman torpaqlarımızın 20 faizini işğal altında saxlayan, xalqımıza qarşı etnik təmizləmə aparan, Xocalı soyqırımını törədən faşist-quldur dəstələrinə, qonşularına qarşı ərazi iddiaları ilə azğınlaşan separatçı rejimə xəbərdarlıq edirdi, Azərbaycanın işğalla heç vaxt barışmayacağını, öz ərazi bütövlüyünü bərpa edəcəyini deyirdi. Dövlət Başçısımız dəfələrlə dünya birliyinə, işğalçı Ermənistana havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara Azərbaycanın mövcud vəziyyətlə heç vaxt razılaşmayacağı mesajını çatdırırdı: “İşğalçı ölkə qısa müddətdə danışıqlar prosesinə maraqlı olmalıdır. Əks təqdirdə düşmən üçün Aprel dərsi, Günnüt zəfəri təkrarlana bilər”.

 

Hələ 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun sarsıdıcı zərbəsi ilə düşmən vahimələnmiş halda Dağlıq Qarabağda işğal altında saxladığı ərazilərdəki mövqeləri tərk edərək qaçdı. Əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına Lələtəpə yüksəkliyi və onunla birlikdə 2 min hektar ərazimiz geri qaytarıldı. Elə o gündən Böyük Qələbəyə gedən yolun sonu görünməyə başladı, Cəbrayılın Cocuq Mərcanlı kəndinin həyatı əvvəlki axarına qayıtdı, yurd-yuvalarından didərgin düşən insanların intizarına son qoyuldu, onlar doğma el-obalarına döndülər. Cocuq Mərcanlı “Böyük Qayıdış”ın rəmzinə çevrildi. Elə o gündən düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad ediləcəyinə inam, ümid gerçəkləşdi.

 

Ağdam rayonundan sonra Qarabağın qala qapısı sayılan Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı, xalq-iqtidar birliyinin dünyaya nümayişi oldu. Əslində, Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. 1993-cü ildə Kəlbəcəri işğal edərkən əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verən işğalçı Ermənistan tərəfi rayonun təhvil verilməsi üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti öz humanist xarakterini bu dəfə də nümayiş etdirdi. Güclü Azərbaycan qarşısında diz çökən erməni vandallarının acizanə xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadılmasına razılıq verildi. Bu qərarı qəbul edərkən həm də Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğu da nəzərə alındı. Azərbaycanın humanizminin qarşısında düşmən yenə də çirkin niyyətindən, vandalizm aktları törətməkdən çəkinmədi, Azərbaycanın tarixi torpaqlarına sahib çıxdıqlarını zənn edərək təbii sərvətlərimizi talan edən ermənilər Kəlbəcərdə ağacları kəsdilər, evlərə, meşələrə od vurdular, əsl ekoloji terror törətdilər. Özü də bu barbarlıq dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Bax budur, işğalçı Ermanistan hakimiyyətinin əsl iç üzü. Qüdrətli Azərbaycan eyni zamanda regionu erməni fazimzindən xilas etdi.

 

Ümid edirik, dünya birliyi də, beynəlxalq təşkilatlar da, işğalçı Ermənistana havadarlıq edənlər də, bəzi Qərb liderləri də erməni vandallarının ekoloji terruna, maddi mənəvi abidələrimizin dağıdılmasına, dini abidələrinin viran qoyulmasına səssiz qalmayacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini MÜZAKİRƏ EDƏCƏKÜZAKİRƏ EDƏCƏK 26 Yanvar 2021, 10:42 Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI? 26 Yanvar 2021, 10:40 Daha bir baş həkim TUTULDU 26 Yanvar 2021, 10:35 Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29