Modern.az

Vitse-spiker: Fransa senatının üzvləri Əlcazairdə soyqırımı törədən qatillərin nəvələridir

Vitse-spiker: Fransa senatının üzvləri Əlcazairdə soyqırımı törədən qatillərin nəvələridir

26 Noyabr 2020, 11:45

“Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”.

Modern.az-ın məlumatına görə, bunu parlamentin iclasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Fransa senatının üzvləri Əlcazairdə soyqırımı törədən qatillərin nəvələridir:

“Burada insanlıqdan nəsə gözləmək sadəlövlük olar. Fransanın içi yanır, sürünür. Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, özü həll etdi. Azərbaycan həmişə haqq-ədalətin tərəfini tutub”.


F.İbrahimli deyib ki, Fransa senatının qərarı Avropa demokratiyasının üzünə tüpürməsidir.


"Fransa axı ermənilərə söz vermişdi. İndi Azərbaycanla senat dilində danışmaq olmaz. Azərbaycanla danışığın bir forması var: Haqq ədalət müstəvisində, yalvarışlı və yazıq formada danışıqda, Azərbaycan nəyisə güzəşt edə bilər. Biz 12 aylıq təqvimin 10 ayında Azərbaycana faciələr yaşadan Ermənistan adlı dövlətin başını əzmişik. Bu bizim heysiyyətimizə toxunan məsələdir. Amma bizi bu prosesdə müdafiə edənlər, Türkiyə, ən əsası bizim müdrik rəhbərimiz, qüdrətli ordumuz var. Ona görə də bu qərarlar bizim əhvalımıza təsir etməyəcək

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir