Modern.az

Anar Bağırov koronavirusdan ölən vəkildən danışdı: “Son arzusu...”

Anar Bağırov koronavirusdan ölən vəkildən danışdı: “Son arzusu...”

Aktual

28 Noyabr 2020, 21:40

COVID-19-a yoluxan vəkil Tahir Əlirzayev dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

 

O, vəkilin xəstəliklə mübarizədə məğlub olduğunu böyük təəssüflə qeyd edib:

 

"Mənim üçün çox çətindir, Kollegiyaya 3 ilə yaxın olan sədrliyim dövründə bu gün çox ağır hislər, sarsıntı keçirirəm.

Son dəfə Tahirlə srağagün danışmışam, COVID-19-dan xəstəxanada müalicə alırdı, həkimlərdən razılığını bildirirdi. Söhbət zamanı bunun ağır xəstəlik olduğunu demişdi.

Mənə video göndərdi və onu yaymağı xahiş etdi, ünvanladığı son arzusu isə gələcəkdə vəkillər üçün xüsusi klinikanın təsis edilməsi idi.


Həyatı sevirdi Tahir qardaşımız, dostcanlı, qohumcanlı idi, yaşamağı bacarırdı, həmişə poziti və gülərüz idi, vəkil adını uca tuturdu, pulsuz hüquqi yardım sahəsində ən çox fəallıq göstərən vəkil bürosunun rəhbəri idi.

Xeyirxah və qayğıkeş insan, qəlbimizdə həmişə cavan Tahirimiz, məkanın cənnət olsun, Allah sənə qəni-qəni rəhmət eləsin".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır