"İşğaldan azad edilmiş Ağdamda "Qarabağ" futbol klubu yığmasının üzvləri ilə birgə olmaqdan məmnunam".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

 

""Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi. İndi onlar öz doğma şəhərlərinə qayıtdılar", - deyə H.Hacıyev bildirib.