Modern.az

105 yaşlı evi gəmi ilə başqa şəhərə daşıdılar

105 yaşlı evi gəmi ilə başqa şəhərə daşıdılar

Aktual

29 Noyabr 2020, 09:31

Kanadada qədim ev bir şəhərdən digərinə maraqlı üsulla daşınıb.

 

Modern.az xarici saytlara istinadla xəbər verir ki, Kanadada yaşayan Ford ailəsi Vankuver şəhəri ətrafında 1915-ci ildə tikilmiş evi sökmədən yükdaşımanı həyata keçirən şirkət vasitəsilə su nəqliyyatı ilə bir şəhərdən digərinə aparıb. Xüsusi platformaya yerləşdirilən karkas ev barjada 8 saat üzərək mənzil başına çatıb.

 

Altı nəfərdən ibarət ailə 100 min dollara başa gələn “Yeni mənzilə” sahib olub. Nəzərə alaq ki, Kanadada bu cür evlərin qiyməti təqribən 750-800 min dollardır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi