Modern.az

Neymar İbrahimoviçin rekordunu qırdı

Neymar İbrahimoviçin rekordunu qırdı

Aktual

29 Noyabr 2020, 12:21

PSJ-nin futbolçusu Neymar yeni rekorda imza atıb.

 

Modern.az-ın məlumatına görə, braziliyalı Liqa1 təmsilçisinin heyətində 50-ci qolu vurub.

 

Bu, “Bordo” ilə qarşılaşmada (2:2) reallaşıb. Neymar PSJ-də 50 qol səddinə ən tez çatan futbolçu adına yiyələnib.

 

O, 50-ci topu 58-ci matçında vurub. Cənubi amerikalı Zlatan İbrahimoviçə məxsus rekordu arxada qoyub. İsveçli 50-ci qola 59-cu oyunda imza atmışdı.

 

Liqa1-də isə yalnız iki futbolçu 100-ü daha tez yarılayıb. Onların hər ikisi “Marsel”in üzvləri olub. Qunnar Anderson 53-cü, Yosip Skoblar isə 54-cü oyunda 50-yə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü