Modern.az

Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard

Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard

29 Noyabr 2020, 13:33

Koronavirus pandemiyasına görə vaxtı gələn ilə dəyişdirilən Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışlara hazırlıq işləri üçün əlavə 200 milyard yen (təqribən 1,9 milyard dollar) vəsait ayrılması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə bazar günü “Yomiuri shimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, əlavə vəsait əsasən, icarəverənlərlə müqavilələrin kompensasiyasına, muzdlu işçilərə və biletləri qaytarmaq istəyən tamaşaçılara sərf ediləcək.

 

Xatırladaq ki, oktyabrın əvvəllərində təşkilat komitəsi Oyunların təşkili zamanı təqribən 30 milyard yen (284 milyon dollar) vəsaitə qənaət etməyi planlaşdırır. Buna Oyunlarda iştirakı nəzərdə tutulan əcnəbi rəsmi nümayəndələrin və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinin 10-15 faiz ixtisarı yolu ilə nail olmaq nəzərdə tutulur. Bununla yanaşı, Oyunlar zamanı idman obyektlərinin işıqlandırılması üçün sərf olunan elektrik enerjisinə qənaət yolu ilə də həmin xərcləri azaltmağın mümkünlüyü araşdırılır.

 

Qeyd edək ki, Tokio Oyunlarının təşkilat komitəsi iyunda rəsmi olaraq yarışların sadələşdirilmiş variantda təşkilini təklif edib. Bu yarışların əsasən 3 prinsip: təhlükəsiz mühitin yaradılması, xərclərin minimallaşdırılması və Oyunların təşkilinin sadələşdirilməsi əsasında təşkili nəzərdə tutulur. Yaponiya Oyunların təşkilinə artıq 13 milyard dollar sərf edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir