Modern.az

Türkiyədə 15 gündə bir ailədən 4 nəfər koronavirusdan öldü

Türkiyədə 15 gündə bir ailədən 4 nəfər koronavirusdan öldü

Aktual

29 Noyabr 2020, 15:41

Türkiyədə 15 gün ərzindən bir ailənin 4 üzvü COVİD-19-dan ölüb.

 

Modern.az-ın yerli KİV-ə istinadla xəbərinə görə, Mersinin Tarsus rayonunda Karabulut ailəsində öncə iş adamı 37 yaşlı Murat Karabulut yeni növ koronavirusa (COVID-19) yoluxuaraq 14 noyabrda xəstəxanada ölüb.

 

Ondan iki gün sonra 67 yaşlı anası Fadime, 10 gün sonra isə 40 yaşlı bacısı COVID-19-un qurbanı olub.

 

Bu gün isə ailənin 45 yaşlı üzvü Şehriban Karabulut xəstəxanada koronavirusdan vəfat edib.

 

Murat Karabulutun hamilə həyat yoldaşı isə bu ölümlərin sarsıntısından bətnindəki 7 aylıq körpəsini itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü