Modern.az

Tibb Universitetinin tələbələri qəzada öldülər - FOTO

Tibb Universitetinin tələbələri qəzada öldülər - FOTO

30 Noyabr 2020, 03:28

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

 

Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Tuncay Aslan oğlu idarəetməsində olan “BMW” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib. 

 

Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

 

Qeyd edək ki, yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb Universitetinin tələbələridir (apa).

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır