Modern.az

Eks-prezident Paşinyanı “zərərverici ruhi xəstə” ADLANDIRDI

Eks-prezident Paşinyanı “zərərverici ruhi xəstə” ADLANDIRDI

Dünya

30 Noyabr 2020, 14:12

Ermənistanın baş naziri Nikol Paşinyanla eks-prezidentlər arasında söz savaşı davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, birinci prezident Levon Ter-Petrosyan da Paşinyana sərt ittiham irəli sürüb.


“Cənab Ter-Petrosyan xalqı uçuruma aparan "zərərverici ruhi xəstə"nin ittihamlarını şərh etməkdə məna görmür. Nə istəyir, qoy danışsın. Onsuz da, onun bəraət qazanmaq şansı yoxdur. Erməni xalqı onu bağışlamayacaq”- deyə Ter-Petrosyanın başçılşıq etdiyi Erməni Milli Konqresi açıqlama verib.

 

Bundan əvvəl, eks-prezident Robert Koçaryan da mətbuat xidməti vasitəsilə Paşinyana sərt cavab vermişdi.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir