Arxiv
30 Noyabr 2020, 14:18 | PARLAMENT
Bütün arzularımızın anası - Qarabağ

Qarabağ həmişə özəl bir məkan olub. O hər birimiz üçün özəl bir qavrayış və ülvi bir hissiyyat olub. Hələ bizim ağlımıza gətirə bilmədiyimiz, amma düşmənlərin əlaltdan namərdcəsinə qəsd etməyə hazırlaşdığı vaxtlarda da Qarabağ Azərbaycanın hər yerində ən çox xatırlanan və ən çox adı çəkilən yer adı idi. Sadəcə yer adımı? - Əlbəttə yox. Qarabağ həmişə hər bir Azərbaycanlı üçün  mədəniyyət beşiyi, çal-çağır ocağı, bin-bərəkət məkanı, mərdlik və mərdanəlik məskəni olub. Harada şeir-sənət məclisi qurulsaydı, harada ərlikdən-ərənlikdən söz düşsəydi, harada gözəlliklər vəsf edilsəydi orada Qarabağdan danışılardı.

O zaman səslənən Qarabağ şikəstəsi  İlahidən gələn doğma səs kim ürəkləri riqqətə gətirər, hər kəs onu dinləyəndə Qarabağa getməyi, o müqəddəs diyarı  görməyi arzulayardı. “Anadır arzulara hər zaman Qarabağ...” oxunanda hər bir Azərbaycanlı hamıdan gizli saxladığı ən məhrəm arzusunu ürəyində özü-özünə pıçıldayar və öz müqəddəs niyyətinə çatacağına inanardı. Qarabağ şikəstəsi oxunanda səbəbini anlamasaq da qollarımızda tüklər biz-biz olar, zəngulələrin ahənginə uyğun olaraq əzaları növbə ilə sıxılıb-açılan ürəyimiz atlanardı.  Minillərin tarixində mürgüləyən yaddaşımız oyanar, gözlərimiz önündə Dədəmiz Qorqud canlanardı. Tarixi genetik yaddaşımızın bütün müqəddəsləri bu şikəstənin səs pərdələrində sıralanardı. 

Qarabağımızı namərdlər bizdən hiylə və məkrlə  aldılar. Düşmənlər Dədə Qorqudun qopuzunu, Şeyx Nizaminin müdrikliyini, Nəsiminin İnsanlıq hayqırtısını, Füzulinin əfqanı göylərə ucalan eşqini əsir etdilər. Bülbülü susdurdular, Xan əminin ruhunu küsdürdülər. Çal-çağır bitdi, xalq yetim qaldı. Düz 30 il. Qarabağdan söz düşəndə daha üzlər gülmürdü, “düşmənlər eşidər” deyə dərindən ah çəkməyə də cürət etmirdik. Mərdlikdən- mədəniyyətdən, tarixdən-ərənlikdən danışanda gözlərimizi bir-birimizdən yayındırır, bir-birimizin üzünə baxmaqdan utanırdıq. Şüurumuz da, hissiyyatımız da kütləşmişdi. Daha Qarabağ şikəstəsi də əvvəlki tək ruhumuzu atlandıra bilmirdi.

Qarabağ da yetim qalmışdı. Düşmənlərin tənəsi və tapdağı altında. Yad kəslərin yad səsləri Qarabağı lal-kar etmişdi, o artıq çal-çağır yeri deyildi. Dağların başına çökmüş duman düz 30 ildi ki, çəkilmək bilmir, Qarabağ artıq çiçəklənmir, xarı bülbül isə yad nəfəsdən gizlənirdi. Çaylar lal sükutla axır, torpaqlar da bar verməyə can atmırdılar. Min illərlə daş üstünə daş qoyularaq tikilən Qarabağ ilbəil, günbəgün sökülürdü.  Yiyəsiz Qarabağ düşmənin işgəncəsi altında inildəyə-inildəyə dağılıb tökülürdü.

Nəhayət, 30 illik ayrılıq qədim Oğuz elini bir meydana topladı, hər küçədən, hər evdən bir cəngavər çıxdı, el bir oldu. Qarabağ itkisinin ağırlığından dizi çökmüş xalq özündə təpər tapıb ayağa qalxdı və  düşmən üzərinə yeridi.  Qarabağ əsirlikdən xilas oldu və öz xalqının ağuşuna sığındı. Ürəyimiz Şuşaya Qələbə bayrağımız sancıldı. Şuşa məscidindən səmaya azan səsləri ucaldı, Şuşa qalasından, Ağdamdan, Füzulidən, Kəlbəcərdən Qarabağ şikəstəsi havalandı. Qarabağ azad oldu -milyonların ürəyində sərasər 30 il səslənən ən müqəddəs arzu gerçəyə çevrildi.

Bu gün yenə bütün arzularımızın anası Qarabağdır. Hamının bir arzusu var: Qarabağı murdar düşmənin ayaq izlərindən təmizləmək, onu geyindirib-keçindirmək, onu bəzəyib Azərbaycanın və dünyanın ən gözəl bəzəyinə çevirmək.

Arzularımız çin olsun!


Cavanşir Feyziyev

30 noyabr 2020

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54