Modern.az

İcra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO  

İcra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO  

30 Noyabr 2020, 15:28

Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda vətəndaşların müraciəti, onların qayğı və problemləri dinlənilib. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub.

 

Modern.az xəbər verir ki, dinlənilmiş bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması  üçün müvafiq tapşırıqlar verilib.

 

Onlayn qəbul zamanı şəhər rəhbəri bir daha vətəndaşlara özlərinin və yaxınlarının sağlamlığı üçün karantin rejiminin qaydalarına riayət etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmaqlarını tövsiyə edib.

 

Qəbula gələnlər  onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək xalqımızın tarixi bir günü yaşadıqlarını qeyd ediblər. Bildiriblər ki, hər biri bu tarixi qələbədən qürur duyur. Bu tarixi günü, bu qüruru bizə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Rəşadətli ordumuz bəxş etdiyini vurğulayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir