Modern.az

Baş nazir koronavirusa yoluxdu

Baş nazir koronavirusa yoluxdu

Aktual

30 Noyabr 2020, 23:35

Xorvatiya hökumətinin rəhbəri Andrey Plenkoviç həyat yoldaşı Anna Maslaç-Plenkoviçdə koronavirusun aşkar edilməsi ilə əlaqədar test verib və müsbət nəticə alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi Marko Miliç məlumat verib.

 

"Epidemioloqların tövsiyələrinə əsasən, bazar ertəsi hökumətin sədri koronavirusun mövcudluğu ilə bağlı nəticəsi müsbət olan təkrar yoxlamadan keçdi", - Miliç qeyd edib.

 

Mətbuat katibinin sözlərinə görə, baş nazir özünü yaxşı hiss edir, və özünü evdə təcridetmə ilə və həkimlərin göstərişlərinə əməl etməklə xidməti vəzifələrini icra edir.

 

Xorvatiyanın Nazirlər Kabinetinin başçısı 29 noyabrdan həyat yolaşının yoluxmasına görə məcburi olaraq 10 günlük özünü təcridetmədə idi. Plenkoviçin ilk testinin nəticəsi mənfi idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir