Modern.az

Tovuzda qəza - Piyada öldü

Tovuzda qəza - Piyada öldü

Aktual

1 Dekabr 2020, 13:40

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə noyabrın 30-da saat 19 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Kənd sakini Ə.Hüseynov idarə etdiyi “KrAZ” markalı avtomobillə yolu keçən həmkəndlisi Mehman Məmmədovu vurub.

 

Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!