UNEC bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir. UNEC dünya təhsil brendləri arasında öz mövqeyini gücləndirərək artıq Gürcüstanda da tanındı. Belə ki, Gürcüstanın İntellektual Mülkiyyət İnstitutu “UNEC”i Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına aldı.
Beləliklə, UNEC Türkiyə, Slovakiya, Macarıstan, Xorvatiya, Polşa, Latviya, Litva, Estoniya, Rusiya və Ukraynadan sonra 11-ci ölkədə tanınmış oldu.