Arxiv
3 Dekabr 2020, 16:18 | İQTİSADİYYAT
Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı

Dekabrın 3-də “İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları” mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov da iştirak edib. Malayziya hökumətinin ev sahibliyi ilə virtual formatda təşkil olunmuş Forumda inkişaf etməkdə olan bazarlarda təbii qazın rolu, təbii qaz bazarlarında yeni perspektivlər, dayanıqlı gələcəyə xidmət edəcək və dünya qaz bazarlarında dinamik inkişafı dəstəkləyən enerji siyasəti və biznes strategiyaları haqqında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində təşkil olunmuş “Genişlənməkdə olan qaz bazarlarında imkanlar: yeni reallıqlar şəraitində istehsalçı – istehlakçı perspektivləri” mövzusunda Nazirlərin Dəyirmi Masasında çıxış edən energetika naziri Cənub Qaz Dəhlizi layihəsi haqqında geniş məlumat verib və bildirib ki, cari ilin sonundan etibarən təbii qazın Avropaya nəqlinə başlanacaq. Eyni zamanda, ayrı-ayrılıqda TANAP və TAP layihələri haqqında da məlumat verilərək, həm bu kəmərlərin, həm də ümumilikdə Cənub Qaz Dəhlizinin gələcəkdə nəql imkanlarının genişləndirilməsi və daha geniş coğrafiyaya, Cənub-Şərqi Avropa və Balkanlara qaz nəqli perspektivlərinin olduğu bildirilib.

Çıxışda həmçinin, Azərbaycanda bu il 38 milyard kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 milyard kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan Şahdəniz yatağından illik hasilatın bu il 18,7 milyard kubmetrə, 2023-cü ildə isə 25,3 milyard kubmetrə çatacağının gözlənildiyi qeyd edilib. Bildirilib ki, indiyə qədər bu yataqdan təxminən 133 milyard kubmetr qaz çıxarılıb, 88,6 milyard kubmetrdən çox qaz ixrac edilib.

Azərbaycanın əks-hücum əməliyyatı və sonrakı siyasi həll mərhələsi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edildiyi və 30 illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğu, bununla da Azərbaycanda enerji, o cümlədən qaz infrastrukturuna hərbi təhdidlərin artıq keçmişdə qaldığı da diqqətə çatdırılıb.

Forumda 100-ə yaxın yüksək səviyyəli hökumət nümayəndələri, o cümlədən nazirlər, sənaye liderləri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilərin təslim olmaq çağırışını rədd edən ƏSGƏRLƏRİMİZ - Daşaltı əməliyyatı 26 Yanvar 2021, 09:37 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17 Teledərslərin bu günə olan CƏDVƏLİ 26 Yanvar 2021, 00:01 “Fənərbaxça” 3 xalı 3 qolla qazandı 25 Yanvar 2021, 23:50 Putin prezidentlikdən sonra çalışacağı sahəni açıqladı 25 Yanvar 2021, 23:38 Baş nazir istefa verəcək 25 Yanvar 2021, 23:29 “Türk Hava Yolları” bu ölkəyə uçuşları dayandırdı 25 Yanvar 2021, 23:17 Sumqayıtda maşın piyadanı vurub öldürdü 25 Yanvar 2021, 23:03 Avtobus qəzasında 21 nəfər öldü 25 Yanvar 2021, 22:54 Xırdalandakı partlayışda yaralananların ADLARI 25 Yanvar 2021, 22:43 “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər” 25 Yanvar 2021, 22:36 Bayden transgenderlərin orduda xidmətinə icazə verdi 25 Yanvar 2021, 22:22 AŞPA-dakı bəzi qruplar vəziyyəti qızışdırmağa çalışırlar - Səməd Seyidov 25 Yanvar 2021, 22:15 Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTO 25 Yanvar 2021, 22:04 ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev 25 Yanvar 2021, 21:51 Partlayış ərazisindən yeraltı qaz kəməri keçmir - “Azəriqaz” 25 Yanvar 2021, 21:42 Avropa İttifaqı peyvəndin başqa ölkələrə daşınmasını məhdudlaşdıracaq 25 Yanvar 2021, 21:29 General Xırdalandakı hadisə yerinə gəldi 25 Yanvar 2021, 21:14 Baş nazir Mədəniyyət Nazirliyinə tapşırıq verdi 25 Yanvar 2021, 20:54