Modern.az

Deputatdan növbəti onlayn qəbul 

Deputatdan növbəti onlayn qəbul 

4 Dekabr 2020, 10:04

 

Deputat Novruz Aslanov COVİD-19 pandemiyası dövründə seçiciləri ilə davamlı olaraq onlayn formatda və ya telefon vasitəsilə əlaqə saxlayır.

 

Modern.az xəbər verir ki, dekabrın 3-də İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.

 

Belə ki, seçicilər millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada əlaqə saxlayır və mövcud problemlər barədə  millət vəkili ilə müzakirələr aparırlar. Sakinlər hər həftənin IV günü telefon vasitəsilə sərbəst şəkildə Novruz Aslanovla əlaqə saxladıqlarından məmnunluqlarını bildirmiş və deputata təşəkkür etmişlər.

 

Müraciət edənlər həmişə olduğu kimi qeydiyyata alınmış, bir neçə məsələ operativ olaraq həll edilmişdir. 

 

Məlumat üçün bildirək ki, pandemiya dövründə rayon sakinlərinə ərzaq və gigiyenik vasitələrlə dəstək verilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi