Arxiv
4 Dekabr 2020, 11:32 | QARABAĞ
Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman

Vüsal qollarını hər iki məktəbli uşağının boyununa dolamışdı. Sonra aşağı əyilib onların saçlarını sığalladı: “Darıxmayın! Güclü Ali Baş Komandanımız və ordumuz var. Qələbə bizim olacaq və siz digər hərbiçi övladları kimi qələbədən sonra hər zaman atanızla fəxr edəcəksiniz”.  O, ayağa durdu və onu nəzərləri ilə yola salan həyat yoldaşına gülümsəyərək “Qarabağ Azərbaycandır!” dedi. 

 

29 Sentyabr 2020-ci il… Minlərlə gəncimiz kimi Məhərrəmov Vüsal Aslan oğlu İkinci Qarabağ Savaşına qoşulanlardan idi. 1979-cu ildə il Masallı rayon Hiskədərə kəndində doğulan Vüsal hələ 1997-2001-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Akademiyasında təhsil alan zaman Murovdağı yüksəkliyi istiqamətinə baxaraq tələbə yoldaşlarına zaman gələcək biz Kəlbəcərə qayıdacağıq deyirmiş. Vüsalın ürəyində hər zaman vətən- torpaq sevgisi var idi. 2003-cü ildə zabit kimi Naxçıvanda hərbi xidmətdə olan zaman hərbi sirrləri daha dərindən öyrənən Vüsal canından çox sevdiyi vətən uğrundan döyüşlərdə iştirak etmək hissi ilə yaşayırdı.

 

 

15 il əvvəl kiçik dünyasını yaratdı Vüsal. Gənc ailəsində vətənə 2 əsgər böyüyür. Özü isə Böyük Azərbaycan üçün yaşayarıdı, bütün varlığı ilə ölkə üçün çalışırdı…

 

“Şuşa şəhərini azad edəcəyik. Birlikdə Qarabağın incisini ziyarət edərik”.- Vüsal övladların saçlarını bir daha sığalladı. Və getdi… Canını qurban verəcəyi haqq şavası üçün getdi…

 

7 Noyabr 2020-ci il- Şuşa şəhərinin işğaldan azad olunmasından bir gün əvvəl… Ölkəmizin ürəyi Şuşa ilə döyünürdü. Məhz qürur şəhərimizin azad olunmasından bir gün əvvəl ürəyi ilə yanaşı canı ilə Şuşanın azad olması uğrunda vuruşan Vüsal şiddətli döyüşlərdə qəhrəmancasına gözlərini əbədi yumdu. Cəmi 1 gün sonra onun ruhu artıq işğaldan azad olmuş Şuşa şəhərində idi…

 

İllər keçəcək, 29 oktyabr 2020-ci il atalarını son dəfə qucaqlayan 2 gənc güclü və bütöv Azərbaycanın inkişafı naminə məhz Şuşa şəhərində öz hərbi andlarnı içəcəklər.

 

 

“Salamat qalın”- ailəsi ilə vidalaşan Vüsal “Ən böyük arzum Şuşanın azad görməkdir” dedi və evinin qapısını bağladı, getdi döyüş şücaəti ilə… O, minlərlə vətəndaşımızın 30 il ayrı qaldığı yurdlarına geri dönməsi üçün isə onların evlərinin qapısının açılması naminə canını fəda verənlərdən oldu.

 

Bu qələbəni bizə yaşadanlardan olduğun üçün sənin ruhun qarşında baş əyirik, Vüsal! Yerin cənnətlik olsun. Əmin ol ki, hər zaman xalqımızın
qəlbində yaşayacaqsan!

 

 

Şəhid bacısı Gülşad Abbasova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini MÜZAKİRƏ EDƏCƏKÜZAKİRƏ EDƏCƏK 26 Yanvar 2021, 10:42 Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI? 26 Yanvar 2021, 10:40 Daha bir baş həkim TUTULDU 26 Yanvar 2021, 10:35 Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29