Arxiv
4 Dekabr 2020, 11:40 | AKTUAL
Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı

Bu gün müasir dünyamızda Azərbaycanın nüfuzu, ona olan inam və etibar günü-gündən artmaqdadır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasəti Prezident İlham Əliyev uğurla və böyük uzaqgörənliklə davam etdirir, ölkəmizin inkişafına mühüm töhfələr verir, bölgədə yeni siyasi və iqtisadi reallıqlar yaradır.


Bu gün dünyada müstəqillik tarixi 50 və 100 il olan ölkələr vardır ki, hələ də nə dövlət nə də ordu qura biliblər. Azərbaycan isə müstəqillik tarixinin cəmi 30 il olmasına baxmayaraq qısa müddətdə bütün sahələrdə böyük tərəqqi və inkişaf yolu keçib, bir sıra yerli və regional layihələri uğurla icra edib. Bu gün heç kim Azərbaycanla təhdid dilində danışa bilməz və nəyisə ona diqtə edə bilməz.


Onu da əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyası keçirilməsi ölkəmizin dünya ölkələri arasında qazandığı xüsusi hörmətin, yüksək nüfuzun, eyni zamanda, Azərbaycanın bu qurumda və bölgədə aktiv rolunun göstəricisidir.


Bu günlərdə Azərbaycan xalqı düşmən üzərində Zəfər bayramını qeyd edir. Azərbaycanın Ermənistan üzərində əzmkar qələbə çalmasında Prezident İlham Əliyevin siyasi liderliyi, həyata keçirdiyi müdrik və uzaqgörən siyasət, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi, Azərbaycan xalqının ona inam və etibarı xüsusi rol oynayır.


Bütün bunlara istinad edərək Prtezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilərkən verdiyi vədləri uğurla yerinə yetirdiyini söyləyə bilərik. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan xalqı tarixinin ən şanlı, şərəfli, qürurlu dövrlərindən birini yaşayır. Azərbaycan tarixdə heç zaman bu qədər güclü və müstəqil olmamışdı.


Azərbaycanda həyata keçirilən uğurlu və müdrik siyasət nəticəsində bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasına daxil olub, ən müasir texnika və silahla təchiz olunub, Azəbaycan bütün sahələrdə o cümlədən, ordu quruculuğu sahəsində böyük uğur qazanıb. İşğal altında olan torpaqlarımızın azad olunmasında, Ermənistan üzərində həlledici qələbəmizdə bu amil xüsusi rol oynadı. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşa bilməzdi.


İkinci Qarabağ savaşında zəfərdən sonra Azərbaycan ordusunun dünya reytinqlərində daha da irəliləyəcəyi şübhəsizdir. Bu gün dünyanın böyük dövlətləri Azərbaycan ordusunun 44 gündə yazdığı qəhrəmanlıq salnaməsini öyrənir, öz ordusunda tətbiq etməyə çalışır.


Prezident İlham Əliyev öz çıxışlarında bəyan etmişdi ki, nəyi nə zaman etmək lazımdır bunu mən bilirəm. Son baş verənlər bu fikri bir daha təsdiq etdi. Azərbaycan güclü diplomatik zəmin yaratdıqdan sonra Qarabağın işğaldan azad olunması üçün düşmənin cavabını layiqincə verdi.


İndi bölgəmiz yeni bir mərhələyə qədəm qoyur. Ölkəmizin daha güclü olması üçün hər birimiz Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək güclü gələcək qurmaq naminə bütün imkanlarımızı səfərbər etməliyik. Bunun üçün yetərli qədər imkan və potensialımız var. Daha çox çalışmalı, hər an ayıq-sayıq olmalı, kimlərinsə birlik, bərabərlik və həmrəyliyimizi pozmasına imkan verməməliyik.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini MÜZAKİRƏ EDƏCƏKÜZAK 26 Yanvar 2021, 10:42 Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI? 26 Yanvar 2021, 10:40 Daha bir baş həkim TUTULDU 26 Yanvar 2021, 10:35 Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29