Modern.az

Mələkxanım Əyyubovanın “Əsgərə məktub”u

Mələkxanım Əyyubovanın “Əsgərə məktub”u

Mədəni̇yyət

7 Dekabr 2020, 13:48

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.


Bu dəfə xalq artisti, tanınmış muğam ifaçısı Mələkxanım Əyyubova “Əsgərə məktub” yazıb:


“Əziz Azərbaycan Əsgəri, əvvəla sizin qarşınızda baş əyirəm. İllərdir çiynimizdə daşıdığımız yükdən bizi azad etdiniz. Allah sizləri qorusun. Şəhid olanlarınıza qəni-qəni rəhmət eləsin, ruhu şad olsun. Yaralılarımıza tez vaxtda sağlamlığına qovuşmağı arzulayıram. Sizin sayənizdə Qələbə qazandıq. Ömrümüzün sonuna qədər sizə borcluyuq.

Sizdən danışmaq, sizə məktub yazmaq çox çətindir. Adınız çəkiləndə həm sevinc, həm də kədər hissi duyuram. Siz Azərbaycanın bütövlüyü uğrunda həyatınızı, ailənizi, ən əsası cavanlığınızı qurban verdiniz. Gözü yaşlı anaların göz yaşlarına son qoydunuz.

Azərbaycanın Ordusunun qorxmaz igidlərinə və Ali Baş Komandanına minnətdarlığımı bildirirəm.

Allah sizi qorusun, hər zaman yaddaşımızdasınız!”.

 

Fidan İlqarqızı

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u
Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u
Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  
Alim Qasımovun “Əsgərə məktub”u
Akif İslamzadənin “Əsgərə məktub”u
Bahar Muradovanın “Əsgərə məktub”u  
Nəzakət Teymurovanın “Əsgərə məktub”u  
Rəşid Mahmudovun “Əsgərə məktub”u  
Ramiz Abutalıbovun “Əsgərə məktub”u 
Cavanşir Quliyevin “Əsgərə məktub”u 
Yaqut Abdullayevanın “Əsgərə məktub”u 
Yaqub Məmmədovun "Əsgərə məktub"u

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır