Modern.az

İbad Hüseynovun “Əsgərə məktub”u

İbad Hüseynovun “Əsgərə məktub”u

Mədəni̇yyət

11 Dekabr 2020, 14:12

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.

 

Modern.az saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

 

Bu dəfə Azərbaycaın Milli Qəhrəmanı, ehtiyatda olan baş çavuş İbad Hüseynov “Əsgərə məktub” yazıb:

 

“Mənim Əsgərim, sənə məktub yazmaq çox sevindiricidir. Sən Azərbaycanımızın keşiyində qəhrəmancasına durursan.

 

İllərin həsrəti olan torpaqlarımızı işğaldan azad etdin. Qəhrəman Əsgər, sən millətin, xalqın diqqətindəsən. Səngərdə bərk dayan. Biz sizin arxanızdayıq. Bizə Qələbə sevinci yaşatdığınız üçün təşəkkür edirik.

 

Əziz Əsgər, siz artıq evinizə qalib, qorxmaz Azərbaycan Əsgəri kimi qayıdacaqsınız. İllər idi buna çalışırdıq, amma Ermənistan torpaqlarımızdan çıxmırdı. Bütün qəhrəmanlıqlara baxmayaraq, torpaqlarımız işğal altında idi. İndi bunu Ali BAş Komandanımızın rəhbərliyi ilə siz bacardınız. Siz qalibsiniz. Azərbaycan xalqı xoşbəxtdir. 

 

Canınız bahasına geri aldığınız torpaqları gözünüz kimi qoruyun. Son nəfəsini torpaq uğurunda qurban verib, şəhidlik zirvəsinə yüksələn yoldaşlarınızın qanını yerdə qoymadınız. Allaha əmanət olun.

 

Var ol, çox yaşa, Əsgər!”.

 

Fidan İlqarqızı

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u
Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u
Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  
Alim Qasımovun “Əsgərə məktub”u
Akif İslamzadənin “Əsgərə məktub”u
Bahar Muradovanın “Əsgərə məktub”u  
Nəzakət Teymurovanın “Əsgərə məktub”u  
Rəşid Mahmudovun “Əsgərə məktub”u  
Ramiz Abutalıbovun “Əsgərə məktub”u 
Cavanşir Quliyevin “Əsgərə məktub”u 
Yaqut Abdullayevanın “Əsgərə məktub”u 
Yaqub Məmmədovun "Əsgərə məktub"u  
Səkinə İsmayılovanın “Əsgərə məktub”u 
Polad Həşimovun anasının “Əsgərə məktub”u

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir