Modern.az

Qırğızıstanda media qrupunun rəhbəri olan soydaşımız təltif edildi

Qırğızıstanda media qrupunun rəhbəri olan soydaşımız təltif edildi

Diaspor

27 Dekabr 2020, 17:00

Qırğızıstandakı “Türkel” media qrupunun rəhbəri soydaşımız Hökümə Xəlilova Qırğızıstan ilə Azərbaycan və digər türkdilli dövlətlər arasında ədəbi və mədəni əlaqələr sahəsindəki xidmətlərinə görə bu ölkə Nazirlər Kabinetinin qərarı ilə “Dostluq və birlik” medalı ilə təltif olunub.

 

Modern.az xəbər verir ki, medalı Qırğızıstan Xalq Məclisinin sədri, akademik Abdıgani Erkebayev təqdim edib.

 

Abdıgani Erkebayev bildirib ki, “Türkel” media qrupu 20 ilə yaxındır uğurla fəaliyyət göstərir. Qrup “Türkel” qəzeti, eyni adlı sayt və “Altın körpü” jurnalından ibarətdir. “Türkel” qəzeti və “Altın körpü” jurnalı türkdilli ölkələrdə yayılır və bu dövlətlər arasında bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Hökümə Xəlilova həm də “Türkel” İctimai Fonduna rəhbərlik edir. Fondun təşəbbüsü ilə müxtəlif tədbirlər və mədəni-kütləvi proqramlar təşkil olunur.

 

Media qrupunun təşəbbüsü ilə Qırğızıstanın “Piramida” dövlət televiziya kanalında türk dünyasını əhatə edən həftəlik “Dostluq körpüsü” proqramı da hazırlanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı