Modern.az

Hər il 15-17 yaş həddində qız uşaqları 3 minə yaxın uşaq dünyaya gətirir - Komitə sədri

Hər il 15-17 yaş həddində qız uşaqları 3 minə yaxın uşaq dünyaya gətirir - Komitə sədri

30 Dekabr 2020, 12:10

15-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3 000-ə yaxın uşaq dünyaya gətirir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2019-cu il üzrə illik məlumatı təqdim edərkən deyib.

 

Bahar Muradova qadınların lider olduğu sahələrdən də söz açıb:

 

“Ölkənin müəyyən qurumlarında qadınların təmsilçiliyi də artıb. Milli Məclisdə 2005- ci ildə 13 qadın təmsil olunurdusa, hazırda bu say 22 nəfərə çatıb. İndi ölkədə 1 nazir, 3 səfir qadın fəaliyyət göstərir. Bələdiyyə sahəsində qadınların iştirakı kifayət qədərdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir