Arxiv
7 Yanvar 2021, 17:32 | PARLAMENT
Qarabağlı deputatlar: “İnsanlar geri qayıtmaq üçün əmr gözləyirlər”

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində işğaldan azad olunmuş ərazilərlə bağlı çox mühüm fikirlər səsləndirib.

Ölkə başçısının toxunduğu vacib məqamlardan biri də məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması ilə bağlıdır.

"Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik",-deyə Prezident bildirib.


Modern.az
-ın əməkdaşı işğaldan azad edilmiş rayonların deputatları ilə əlaqə saxlayaraq, məcburi köçkünlərin Qarabağa qayıtması barədə hər hansı müraciətlərin olub-olmadığını soruşub.


124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov deyir ki, Xocalıya qayıtmaq üçün müraciət edən xocalılılar var:


“Mən də məcburi köçkünəm. 28 ildir ki, ata-baba yurdumun, əzizlərimin doğulduğu, yaşadığı yerlərə həsrətəm. Şərait yaradılan və təhlükəsizliyimiz təmin olunan kimi, dövlətimizin “geri qayıt” əmri həyata keçən zaman ilk növbədə mən və bütün xocalılılar yurd-yuvalarımıza qayıdacağıq.
Uzun illər dogma torpaqlarımızın həsrəti ilə yaşamışıq. Bütün bu illər ərzində xalqımızın, dövlətimizin apardığı mübarizə və görülən işlər hansı məqsəd üçün edilirdi?! Torpaqlarımız nə üçün azad olunub?! Bu qədər şəhid vermişik.  Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik ki, hər kəs öz ata-baba yurduna qayıdıb yaşasın. Bir məcburi köçkün kimi bunu səmimi deyirəm. Hamımız bu arzu ilə yaşamışıq. Bir nəfər kimi də Xocalıya gedib yaşayacağıq”. 

 

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı İmamverdi İsmayılovun sözlərinə görə, vətənini, torpağını sevən insanların başlıca arzusu o torpaqlara qayıtmaqdır:


“Seçicilərim nəinki qayıtmaqla bağlı müraciət edir, artıq getmək üçün yol üstə dayanıblar. Hətta insanlar mənə deyir ki, uçulmuş, dağıdılmış yerləri dırnaqları ilə qurub-yaratmağa hazırdırlar. İnsanlar bu torpaqlara qayıtmaq üçün illərdir ki, bu günü gözləyirdi. Allah cənab Prezidentimizə can sağlığı versin. Məcburi köçkünləri köçkünlük statusundan azad etdi. Mən də məcburi köçkünlərlə birgə torpaqlarımıza qayıtmaqla bağlı əmri gözləyirəm. Əmr verilən kimi, böyük qayıdış başlayacaq. Böyük qayıdış böyük quruculuq deməkdir. Öz torpaqlarımızda cənab Prezidenti böyük hörmət və ehtiramla, duz-çörəklə  qarşılayacağıq”.


83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas bildirib ki, Ağdama qayıtmaqla bağlı çoxlu müraciətlər olur:


“Hətta həmin insanların adlarını da çəkə bilərəm. Düşünürəm ki, qayıtmaq istəməyənləri belə məcbur qaytaqmaq lazımdır. Biz o torpaqlar uğrunda müharibə aparmışıq. İnanıram ki, insanlarımız könüllü olaraq o torpaqlara qayıdacaq. Bir deputat kimi mənə müraciətlər olurdu ki, “Ağdamın qəsəbəsində bizə torpaq versinlər, gedib orada yaşayaq. Neynirik Bakıda binanı?!”. Belə müraciətlər çox olur. Ən aşağısı insanların 80%-i Qarabağa qayıdacaq. Qayıtmaq istəməyənləri də mindirirsən avtobusa, aparıb tökürsən Ağdama, Şuşaya, Füzuliyə. Biz o torpaqların illərdir ki, həsrətini çəkirdik. Əminəm ki, hamı qayıdacaq”. 


121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə 7-dən 77-yə hər gün vətənə qayıtmaqla bağlı xəbər eşitmək istəyənlərin olduğunu xüsusi qeyd edib:


“Bir gün dövlət başçısının göstərişinə əsasən, bu insanlar o torpaqlara, öz ata-baba yurdlarına  geri qayıdacaqlar və orada çalışacaqlar. Yenə də Laçının daimi sakinləri kimi yaşayacaqlar. Hər gün istər onlayn formada, istər mobil telefon vasitəsilə istər Facebook, istərsə də canlı görüşlərimizdə nə zaman vətənə qayıdacaqlarını, evlərinə dönəcəklərini soruşurlar. Bir məsələ də var ki, insanların ora qayıtmasını təmin etmək üçün ölkə başçısının da qeyd etdiyi kimi, təhlükəsizlik məsələləri həll olunmalıdır. Ərazilər minalardan təmizlənməli, kommunikasiya qurulmalı, yol, qaz işıq, su xətləri çəkilməli və bundan sonra insanların ora qayıtması təmin olunmalıdır. Cənab Pezidentin sualına cavab olaraq qəti əminliklə deyə bilərəm ki, nəinki laçınlılar, işğaldan azad edilmiş bütün rayonların sakinləri o torpaqlara qayıtmaq fikrindədirlər”.
 

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov da həmyerlilərinin Qarabağa qayıtmaq istəklərindən danışıb:


“Bizim insanlar tez bir zamanda o torpaqlara qayıdacaqları günü gözləyirlər. Bununla bağlı mənə müraciətlər həddindən artıq çoxdur. Hətta bəziləri deyir ki, biz özümüz də gedib orada ev tikib yaşamağa hazırıq. Bəzən məcburi köçkünlərin qayıtması ilə bağlı yanlış fikirlər səsləndirilir. Ancaq Cəbrayıl-Qubadlı zonasının insanları konkret olaraq gedib yaşayacaqlar. Hətta elələri var ki, çadırda, quru yerdə yaşamağa razı olduğunu bildirir. İnsanlar o torpaqlarda yaşamağa, iş qurmağa hazırdırlar. Bakıda doğulanlar belə o torpaqlarda gedib yaşamaq arzusundadır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24 Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil 21 Yanvar 2021, 19:19 Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu 21 Yanvar 2021, 19:10 Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00