Modern.az

“Dövlətqaçqınkom” 4700-ə yaxın mənzili nazirliyin balansına verdi

“Dövlətqaçqınkom” 4700-ə yaxın mənzili nazirliyin balansına verdi

8 Yanvar 2021, 12:15

“Ölkə başçısının qərarına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib”.

 

Modern.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

 

F.Hüseynov qeyd edib ki, söhbət Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşən 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir.

 

Qurum rəsmisinin sözlərinə görə, yaşayış kompleksləri bütün zəruri sosial infrastruktur obyektləri ilə təchiz olunub və mənzillərin paylanma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır