Modern.az

Əməkdar artist koronavirusdan vəfat etdi - FOTO

Əməkdar artist koronavirusdan vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

13 Yanvar 2021, 20:02

Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun koronavirusdan vəfat etdiyi  bildirilir.

 

Qeyd edək ki, İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

 

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

 

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib. 2009-cu ildə Əməkdar artist fəxri adına layiq görülüb.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır