Modern.az

Konstitusiya Məhkəməsindən qərardad

Konstitusiya Məhkəməsindən qərardad

Aktual

13 Yanvar 2021, 21:27

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

 

Bu barədə Modern.az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.2-ci, 337.5-ci, 339.6-cı, 346-cı və 354-cü maddələrinin şərh edilməsinə dair sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

 

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 4-nə təyin edilmiş iclasında baxılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır