Arxiv
14 Yanvar 2021, 00:09 | AKTUAL
“Qərbin sosial şəbəkə şirkətlərinə boyun əyməyəcəyik” - Ərdoğan

“Milli həll yolları sayəsində Türkiyənin daxili məlumatları ölkəmizdə qalacaq. Biz özlərini qanundan da, hüquqdan da üstün hesab edən Qərbin sosial şəbəkə şirkətlərinə boyun əyməyəcəyik”.

 

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Radio-Televiziya Jurnalistləri Dərnəyinin Media Oskarı ilə mükafatlandırma tədbirində danışarkən belə deyib.

 

Ərdoğan bildirib ki, elektron və sosial media həyatımıza gətirdiyi asanlıqlarla bərabər, bir çox sahələrdə ciddi risklər də yaradır:

 

“Bir tərəfdə demokratiyanı təbliğ edən sosial şəbəkələr, digər tərəfdə kibertəhlükə, kiberterror və yalan məlumatları gündəmimizə daxil ediblər. Odur ki, biz rəqəmsal faşizmə qarşı birlikdə müqavimət göstərməliyik! Dövlətin vəzifəsi vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Necə real həyatda vətəndaşlarımızın təhlükəsizliyini təmin edirik, eləcə də virtual həyatda bunu təmin edəcəyik. Azadlıq adı altında Türkiyəni yalan xəbərin, iftiranın meydan suladığı bir mühitə qurban verə bilmərik. Biz cəzalar tətbiq etməyə başlayanda onlar da tabe olmağa başladılar. Reklam və digər vasitələrlə qazanc ədə edib, vergi ödəməkdən boyun qaçıra bilməzlər. Qərbə necə ödəyirlər, bizə də elə ödəyəcəklər. Biz rəqəmsal diktatorluğa və kiberzorakılığa qarşı hüquqi mübarizənin önəmini daha yaxşı anlayırıq”. 

 

Prezident deyib ki, Türkiyə yaxın zamanda yerli və milli sosial şəbəkə proqramlarını genişləndirəcək:

 

“Xarici sosial şəbəkə şirkətlərinin məlumatların məxfilik məsələsində ikili standartla yanaşması Türkiyənin “BiP” kimi mesajlaşma proqramının tətbiqini zəruri edib. Yaxın gələcəkdə yerli proqramlarımızın daha keyfiyyətli səviyyəyə çatdıracağıq. Unutmayaq ki, yerli və milli olan müvafiq məhsullarımız xarici ekvivalentlərindən daha çox imkanlara sahibdir. Bütün vətəndaşlarımızı yerli və milli tətbiqlərdən istifadəyə dəvət edirik” (apa).

 

Qeyd edək ki, keçən həftə Türkiyə Prezident Administrasiyasının Rəqəmsal Transformasiya şöbəsinin müdiri Ali Taha Koç əhaliyə yerli sosial şəbəkə vasitələri olan “BiP” və “Dedi” proqramlarından istifadəni tövsiyə edib. Türkiyədə “WhatsApp-ı silirik” kampaniyasına başlanılıb, bu kampaniyaya türkiyəli iş adamı, “Baykar Makine” şirkətinin texniki direktoru, Türkiyə Prezidentinin kürəkəni Selçuk Bayraktar da qatılıb. Selçuk Bayraktar mesajlaşmada “BiP”-dən istifadə etdiyini bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Keçmiş nazir yeni vəzifəyə təyin olundu 22 Yanvar 2021, 17:15 Türkiyə MN hərbçilərimizin də iştirak etdiyi təlimlərlə bağlı məlumat yaydı 22 Yanvar 2021, 17:10 Texniki Universitetdə yeni prorektor TƏYİNATI 22 Yanvar 2021, 17:05 Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO 22 Yanvar 2021, 17:00 Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir 22 Yanvar 2021, 16:55 Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO 22 Yanvar 2021, 16:50 Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib 22 Yanvar 2021, 16:45 Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı 22 Yanvar 2021, 16:40 Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi 22 Yanvar 2021, 16:35 Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     22 Yanvar 2021, 16:30 Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34 Distant təhsil, zamanı itirməyək 22 Yanvar 2021, 14:28 Bu yolda hərəkət məhdudlaşdırılır 22 Yanvar 2021, 14:22