Arxiv
14 Yanvar 2021, 13:29 | AKTUAL
“Amnesty International” Ermənistanı cinayətkar SAYDI

“Amnesty International” təşkilatı Ermənistan qüvvələrinin zərbələri nəticəsində Azərbaycanın şəhər və kəndlərində 72 dinc sakinin öldürüldüyü 8 raket zərbəsini sənədləşdirib


Modern.az xəbər verir ki, “Amnesty International” insan haqları təşkilatı İkinci Qarabağ müharibəsində onlarla dinc sakinin ölümünü araşdırıb. Qurum bu haqda yanvarın 14-də hesabat yayıb.

Təşkilat araşdırmaçılarının Azərbaycan və Ermənistanda zərbə endirilmiş onlarla əraziyə baş çəkdiyini qeyd edir.

Qurum qeyd edir ki, müharibə zamanı dəfələrlə sıx yaşayış məskənlərinə atəş açılıb. Bununla da beynəlxalq humanitar hüquq pozulub, onlarla dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb, evlər, vacib infrastruktur dağıdılıb.

“Dinc sakinlər öldürülüb, ailələr məhv edilib, saysız ev dağılıb, çünki münaqişə tərəfləri şəhərlərə qarşı qeyri-dəqiq silahlardan istifadə edib”, – “Amnesty International”ın Şərqi Avropa və Orta Asiya üzrə direktoru Mari Struters deyib.

Hesabatda bildirlib ki, oktyabrın 17-də Gəncədə yaşayış məntəqəsinə SCUD-B ballistik raketinin atılması nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çox sakin yaralanıb.

Oktyabrın 27-də Bərdənin Qarayusifli kəndinə kaset bombasının atılması nəticəsində beş nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Hesabatda həmçinin bildirilir ki, oktyabrın 28-də erməni qoşunları cəbhə xəttindən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərinə bir neçə irikalibrli raket atıb. Raketlərdən biri, içərisində 72 kasset bombası olan "Smerç" raketi insanların sıx olduğu əraziyə düşüb və nəticədə 21 nəfər həlak olub.

"Amnesty International" əlavə edib ki, sentyabrın 27-də Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi nəticəsində bir ailənin 5 üzvü həlak olub.

"Amnesty International" Azərbaycan və Ermənistan hakimiyyətini belə hücumları qərəzsiz araşdırmağa çağırıb.

Sentyabrın 27-də başlanan, noyabrın 10-da dayandırılan əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Ancaq qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tərtərdə traktorçu MİNAYA DÜŞDÜ 28 Yanvar 2021, 16:45 Yerevanda Paşinyanın istefası tələbilə aksiya keçirilir 28 Yanvar 2021, 16:40 Diaspora Dəstək Fondu təlimlərə başlayır 28 Yanvar 2021, 16:36 Bakıda daha bir erməni terrorçuya cinayət işi açıldı 28 Yanvar 2021, 16:30 YAP “Vahid Rusiya” Partiyasına ETİRAZ ETDİ 28 Yanvar 2021, 16:24 Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR 28 Yanvar 2021, 16:18 İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozan dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34