Arxiv
14 Yanvar 2021, 16:23 | AKTUAL
Ombudsman Aparatı erməni diversantlarla bağlı MƏLUMAT YAYDI

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu ölkəmizin müvafiq dövlət orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Modern.az xəbər verir ki, Ombudsman Aparatı bununla bağlı məlumat yayıb.

Bildirilib ki, həmin ərazilərdə qarşı tərəfə məxsus qanunsuz silahlı birləşmələrin mövcudluğu kobud hüquq pozuntusu olmaqla, insan və vətəndaş hüquqlarına ciddi təhdiddir. Bu cür qanunsuz silahlı dəstə üzvlərinin həbs edilməsi etnik mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq həmin ərazilərdə yerləşən hər bir kəsin başda yaşamaq hüququ olmaqla, hüquq və azadlıqlarının təminatına və ölkə ərazisində real terror və cinayət hallarının qarşısının alınmasına xidmət edir.

 

"Ermənistan tərəfindən Azərbaycan ərazilərinə atəşkəs əldə edildikdən sonra diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə göndərilmiş həmin şəxslərin törətdikləri terror əməlləri nəticəsində hərbi quluqçularımız və mülki vətəndaşlarımız arasında həlak olan və yaralananlar olmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq işğaldan azad edilmiş ərazilərimizə Ermənistan tərəfindən qəsdən və məqsədyönlü şəkildə terrorçu-diversant qüvvələrin yerləşdirilməsini və onların törətdikləri cinayət əməllərini qəti şəkildə pisləyirik.

 

Xüsusilə vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Cinayət xarakterli əməllər törətdiklərinə görə saxlanılan erməni terrorçu-diversant qrupun üzvləri beynəlxalq humanitar hüququn və ölkəmizin milli qanunvericiliyinin tələblərinə əsasən birmənalı olaraq hərbi əsir statusu daşımır və bu statusa iddia edilməsinin heç bir hüquqi əsası yoxdur.

 

Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanatın qüvvəyə minməsi ilə hərbi əməliyyatların dayandırılmasından sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silahlı diversant dəstələrinin göndərilməsi həmin bəyanatın pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda terrorçu-diversant qrupun insan təlafatına səbəb olan təxribat və terror xarakterli əməlləri açıq-aşkar cinayət hesab olunduğundan onlar barəsində ölkəmizin cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət tədbirlərinin tətbiq edilməsi anlayışla qəbul edilməlidir.

Azərbaycanın silahlı qüvvələri və dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu kimi təxribatları, insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olduğundan bu cinayətkar əməllərə qeyd-şərtsiz son qoyulmalıdır.

 

Bir daha Ermənistan tərəfini 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərinə riayət etməyə, dinc insanların həyatına təhdid yaradan, hüquq və azadlıqlarının pozulmasına yönəlik təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquq normalarını yalnız tövsif etməklə siyasi manipulyasiyaya yol verməməyə çağırırıq".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“AzerGold” ötən il ölkə iqtisadiyyatına 187 manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:31 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15 Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu 25 Yanvar 2021, 12:10 İlham Əliyev Cavad Zərifi qəbul edib 25 Yanvar 2021, 12:07 Evi tərk edən koronavirus xəstəsi saxlanıldı 25 Yanvar 2021, 12:04 Ötən ilin yol qəzaları - 696 ölü, 1410 yaralı 25 Yanvar 2021, 12:00 Oğlu şəhid olan məhkumlar azadlığa buraxılıb - RƏSMİ 25 Yanvar 2021, 11:55