Arxiv
14 Yanvar 2021, 20:01 | MEDİA
Vüqar Səfərli barəsində 4 aylıq həbs qətimkan tədbiri SEÇİLDİ

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Həbs qətimkan tədbiri ilə bağlı təqdimata Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılıb.


V.Səfərliyə qarşı irəli sürülmüş ittihama əsasən, onu 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.


Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz.
Belə ki, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) əməli 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddədə “xüsusilə külli miqdar” dedikdə 500 min manatdan yuxarı olan məbləğ nəzərdə tutulur.


Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) maddəsinin sanksiyasında isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, 7 ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.


Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə aid olan 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrində isə ən yüksək cəza kimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.


Qeyd edək ki, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmaqda ittiham edilir. (Report)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15 Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu 25 Yanvar 2021, 12:10 İlham Əliyev Cavad Zərifi qəbul edib 25 Yanvar 2021, 12:07 Evi tərk edən koronavirus xəstəsi saxlanıldı 25 Yanvar 2021, 12:04 Ötən ilin yol qəzaları - 696 ölü, 1410 yaralı 25 Yanvar 2021, 12:00 Oğlu şəhid olan məhkumlar azadlığa buraxılıb - RƏSMİ 25 Yanvar 2021, 11:55 İqtisad Universitetinin şəhid məzunu - Böyükağa Şahverdiyev 25 Yanvar 2021, 11:49 5 məhkum xarici ölkədən Azərbaycana gətirilib  25 Yanvar 2021, 11:44 Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya 25 Yanvar 2021, 11:38 İnkişafın Qarabağ modeli qurulacaq 25 Yanvar 2021, 11:32 Ermənistanın müharibə cinayətlərilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib 25 Yanvar 2021, 11:26 Qarabağ regional ədliyyə idarəsi nə iş görəcək? - AÇIQLAMA 25 Yanvar 2021, 11:20 Atəşkəsdən 10 gün sonra şəhid olan QƏHRƏMAN 25 Yanvar 2021, 11:14