Arxiv
16 Yanvar 2021, 18:45 | AKTUAL
Prezidentin köməkçisi veteranlarla görüşdü - FOTO

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.

 

Modeern.az xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib.

 

İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib.

 

Prezidentin köməkçisi Hikmət Hacıyev iclasda çıxış edərək Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatındakı, o cümlədən müharibə, əmək və silahlı qüvvələr veteranlarının problemlərinin həll olunmasındakı rolunu vurğulayıb, bu kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə edildiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən veteranlara göstərilən dövlət qayğısının yeni səviyyəyə qalxdığını, Respublika Veteranlar Təşkilatına müasir standartlara tam cavab verən inzibati binanın ayrıldığını, müharibə veteranlarına verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırıldığını, veteranların mənzil və digər problemlərinin həll olunduğunu qeyd edib.

 

Hikmət Hacıyev ötən əsrin 90-cı illərinədək veteran ifadəsi dedikdə, ilk növbədə, Böyük Vətən müharibəsində iştirak edən bir qədər yaşlı insanların yada düşdüyünü, lakin həmin ifadənin əvvəlcə Birinci Qarabağ müharibəsində, daha sonra isə 44 günlük Vətən müharibəsində gəncləşdiyini vurğulayıb. O, Respublika Veteranlar Təşkilatının üzərinə yeni vəzifələrin düşdüyünü, Qarabağ uğrunda bütün döyüşlərdə iştirak etmiş şəxslərin də bu qurumun fəaliyyətinə cəlb olunmasının, onları narahat edən məsələlərin həll olunmasının vacibliyini qeyd edib.

 

Prezidentin köməkçisi Respublika Veteranlar Təşkilatının yeni gənc veteranlarla körpü rolu oynayacağına, onlarla daim bağlantı yaradacağına ümid edərək, təşkilatda təmsil olunan ağsaqqal və ağbirçək veteranların məsləhətlərinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.

 

Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin, veteranlarla iş sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bir neçə gün öncə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib.

 

Rəyasət Heyətinin üzvləri çıxış edərək təşkilatın 2020-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər.

 

Daha sonra Respublika Veteranlar Təşkilatının sədri T.Ağahüseynovun səhhəti ilə əlaqədar qurumun gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yarandığı qeyd olunub, onun vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib. Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasının İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib.

 

Sonda Fatma Səttarova və Rəyasət Heyətinin digər üzvləri Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil olunduqları qurumun ölkə başçısının çağırışlarına cavab verməsi üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildiriblər.

 

 

Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO) - Gallery Image Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO) - Gallery Image Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi - VİDEO 25 Fevral 2021, 20:31 Putin Paşinyanla danışdı: “Təmkinli olun” 25 Fevral 2021, 20:27 Azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq - Prezident 25 Fevral 2021, 20:16 “Ermənistandakı çevriliş cəhdini qınayırıq” - Türkiyə prezidentinin sözçüsü 25 Fevral 2021, 20:05 Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli 25 Fevral 2021, 19:51 Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI 25 Fevral 2021, 19:40 Şoyqu Ermənistanın müdafiə nazirinə zəng etdi 25 Fevral 2021, 19:32 Ceyhun Bayramov İsrail səfirini qəbul edib 25 Fevral 2021, 19:17 Sabah bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 25 Fevral 2021, 19:05 ATƏT sədri Azərbaycana səfər edəcək 25 Fevral 2021, 18:58 Ana Vətən Partiyasından Xocalı bəyanatı 25 Fevral 2021, 18:52 Vətən müharibəsi memorial kompleksinin ilk eksponatları - FOTOLAR 25 Fevral 2021, 18:40 Pakistanlı general Bakıya gəldi 25 Fevral 2021, 18:35 Ermənistan müxalifəti Paşinyanla dialoqu rədd etdi 25 Fevral 2021, 18:23 Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri... 25 Fevral 2021, 18:10 Bostonda Xocalı soyqırımı anılacaq 25 Fevral 2021, 18:03 İlham Əliyev “Dostluq” yatağı ilə bağlı yeni İşçi Qrup yaratdı - SİYAHI 25 Fevral 2021, 18:00 Prezident “Signify”  şirkətinin baş icraçı direktorunu videoformatda qəbul edib 25 Fevral 2021, 17:54 "Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib  25 Fevral 2021, 17:48 Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib 25 Fevral 2021, 17:42 “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb - FOTOLAR 25 Fevral 2021, 17:37 Əli Hüseynli: “Hərbi qulluqçular daim dövlətin diqqət mərkəzindədir”   25 Fevral 2021, 17:32 Srebrenitsa anaları Ağdam məscidində oldular 25 Fevral 2021, 17:29 Bu rayonlarda qarın yağması davam edir- FAKTİKİ HAVA 25 Fevral 2021, 17:28 Avtomobil yollarındakı son VƏZİYYƏT 25 Fevral 2021, 17:24 Xocalıda baş verənlər nə üçün soyqırımıdır? 25 Fevral 2021, 17:20 Azərbaycan və Çexiya parlament dostluq qrupları görüşdü 25 Fevral 2021, 17:17 Azərbaycanın milli parklarından qış mənzərələri - FOTOLAR 25 Fevral 2021, 17:12 Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar 25 Fevral 2021, 17:07 Yoluxanlar azaldı, sağalanlar artdı 25 Fevral 2021, 17:02 “Azəriqaz”da İctimai Şuranın təşkilinə dair ilk iclas keçirilib 25 Fevral 2021, 16:59 Paşinyan: “İstefa vermək barədə çox düşündüm amma...” 25 Fevral 2021, 16:55 VHP-dən Xocalı soyqırımı ilə bağlı bəyanat 25 Fevral 2021, 16:54 UNEC-də Xocalı soyqırımına aid beynəlxalq tədbir keçirilib 25 Fevral 2021, 16:53 Əfv Komissiyasının növbəti iclasının vaxtı açıqlandı 25 Fevral 2021, 16:50