Modern.az

Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı

Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı

16 Yanvar 2021, 22:22

Türkiyə Səhiyyə Nazirliyi Elmi Komitə üzvü və yoluxucu xəstəliklər üzrə professor Yeşim Taşova Çindən gətirilən “CoronaVac” peyvəndinin əlavə təsirlərindən danışıb.

 

Modern.az-ın "sondakika.com"a istinadla məlumatına görə, professor bildirib ki, peyvənddən sonra qolda ağrı, istilik, şişkinlik, başda ağrı ola bilər.

 

Onun sözlərinə görə, ağızda quruluq və metal dadının gəlməsi də əlavə təsirlərin göstəricisidir.

 

Eyni zamanda, infeksionist yorğunluq və halsızlıq kimi lokal simptomların yaşana biləcəyini də qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir