Modern.az

“Çelsi” derbidə qalib gəldi

“Çelsi” derbidə qalib gəldi

Aktual

17 Yanvar 2021, 00:46

“Çelsi” İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Fulhem"ə qalib gəlib.

 

Modern.az xəbər verir ki, London derbisində qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Çelsi”nin yeganə qolunu 78-ci dəqiqədə Meyson Maunt vurub.

 

Qələbə "Çelsi"yə 29 xal toplamağa və turnir cədvəlində yeddinci yerə yüksəlməyə imkan verib. Aktivində 12 xalı olan "Fulhem" isə yarış cədvəlində 18-ci yerdə qərarlaşıb.

 

"Çelsi" yanvarın 19-da keçiriləcək növbəti turda səfərdə "Lester"lə oynayacaq. "Fulhem" bir gün sonra öz meydanında "Mançester Yunayted"i qəbul edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır