Modern.az

Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü

Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü

Aktual

17 Yanvar 2021, 10:10

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib.  Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

 

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi