Modern.az

İndoneziyada qədim qayaüstü rəsmlər aşkarlandı

İndoneziyada qədim qayaüstü rəsmlər aşkarlandı

Dünya

17 Yanvar 2021, 18:00

İndoneziyanın Sulavesi adasında arxeoloqlar yeni qədim qayaüstü rəsmlər aşkar ediblər.

 

Modern.az “Science Advances” nəşrinə istinadla xəbər verir ki, qaya üzərində təbii ölçülərinə uyğun olaraq çəkilmiş rəsmin təqribən 45,5 min il yaşı olduğu güman edilir.

 

Nəşrin yazdığına görə, qaban rəsmi əhəngdaşı mağaralarından birində aşkar edilib. Tünd qırmızı oxra ilə çəkildiyi güman edilən rəsmin ölçüləri 135x54 santimetrə bərabərdir.

 

Qeyd edilir k, mağaranın divarlarında həmin rəsmlə yanaşı bu cinsdən olan daha iki donuzun görüntüləri yer alıb. Alimlərin ehtimalına görə, qədim rəssamlar Sulavesi adasında yaşayan Sulavesi donuzlarını təsvir etməyə çalışıblar.

 

Əlavə olaraq bildirək ki, bu tapıntıya qədər Sulavesi adasında aşkar edilən digər rəsmlər daha qədim hesab edilirdi. Həmin rəsmlərdə yarım adam yarım heyvan şəklində məxluqların ov zamanı təsviri yer alıb. Tədqiqatçıların qənaətinə görə həmin rəsmlər təqribən 44 min il bundan əvvəl çəkiliblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!