Modern.az

Koronavirusa yoluxan Rəşid Mahmudov: “Yaxşıyam, lap dəf kimiyəm”

Koronavirusa yoluxan Rəşid Mahmudov: “Yaxşıyam, lap dəf kimiyəm”

18 Yanvar 2021, 11:35

Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun  COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicəsi davam edən həkimin vəziyyətinin ağırlaşdığı, hətta vəsiyyət etdiyi ilə bağlı məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, R.Mahmudov Yenisabah.az-a yayılan məlumatların yalan olduğunu deyib:

 

“Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam, dəf kimiyəm, xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə də o dünyadan cavab verirəm (gülür). Allah evinizi tiksin, ağızlarına gələn xəbərləri yazıblar, camaatı qorxudublar. Öləndə də öləcəyik, nə olsun? Narahat olmayın, o dünyada dəf kimiyəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?