Modern.az

Şəhid ailələrinə ödənişlər təyin olundu

Şəhid ailələrinə ödənişlər təyin olundu

19 Yanvar 2021, 12:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2778 şəhidin 6790 ailə üzvünə sosial təminat növləri üzrə ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, təyinatların aparılması işinin operativ təşkili üçün DSMF-də əməkdaşlar səfərbər edilib:

 

“Bu fəaliyyət istiqaməti üzrə xüsusi işçi qrup yaradılaraq fəaliyyətə başlayıb. Şəhid ailələri üzvlərinin müraciəti olmadan və təyinat aparılması üçün zəruri sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunub. Elektron qaydada, proaktiv şəkildə həyata keçirilən bu proses artıq yekunlaşmaq üzrədir”.

 

Rəsmi məlumata görə, təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə məlumatlar verilməklə, bir çox hallarda təqaüd kartları onlara elə öz ünvanlarına aparılaraq təqdim olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?