Arxiv
19 Yanvar 2021, 13:08 | PARLAMENT
Bahalı inzibati binaların tikintisi təxirə salınsın - Deputatdan TƏKLİF

Prezident İlham Əliyev sonuncu müşavirədə çıxışı zamanı dövlət büdcəsindən xərclənən vəsaitlərə nəzarətin vacibliyini vurğulayıb:


“Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər”.


Elə bu ərəfədə “Tekfen İnşaat Şirkəti”nin Azərbaycan Mərkəzi Bankının yeni tikiləcək inzibati binasının 218 milyon avroya başa gələcəyilə bağlı yaydığı məlumat geniş müzakirələrə səbəb olub. İnşaat şirkətinin rəhbəri Mustafa Kopuzun bildirdiyinə görə, 36 ayda tamamlanması gözlənilən bina 168 mer hündürlüyündə, 67 981 kvadrat metrlik ərazidə 37 mərtəbədən ibarət olacaq.


Sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlama veriləcəyi bəyan edilsə də, günlərdir səs-soraq yoxdur.

Qeyd edək ki, 120 milyon dollara başa gələcək “Azərsu” binasının, 414 mln. 237,659 min dollara başa gələn SOCAR-ın binaları da bu qəbildəndir...

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, indiki məqamda izafi xərclərə yer verilə bilməz:

 

“Heydər Əliyev prospekti boyunca yeni və əzəmətli binalar ucaldılıb. Bu binların ərsəyə gəlməsinə çox böyük həcmdə vəsaitlər sərf edilir. SOCAR-ın binasından başlamış prospekt boyunca yeni binalar bir-birini əvəzləyir. Azərbaycanın inkişaf etməsi, müasirləşməsi hamımızın arzusudur. Amma indiki məqamda biz bütün gücümüzü işğaldan azad edilmiş ərazilərimizə yönləndirməliyik. Nəzərə almaq lazımdır ki, Qarabağda infrastruktur sıfırdan yaradılacaq, bunun üçün isə böyük vəsait sərf olunmalıdır. Ən azı 4-5 il lazımdır ki, bu ərazilər yaşayış üçün lazımi vəziyyətə gətirilsin”.

 

Deputat bu cür inzibati binların tikintisinin müəyyən müddətə təxirə salınmasını təklif edib:

 

“Əlbəttə, əzəmətli binların tikilməsi də vacibdir. Dünyanın böyük dövlətlərində, Türkiyədə, ABŞ-da, Dubayda belə binlar çoxdur. Amma indi yox, bizim ehtiyaclı şəhid ailələrimiz, qazilərimiz, dirçəlişini gözləyən Qarabağımız var. Bu məsələlər həll ediləndən sonra binlar yenə də tikilsin. Bu binalar ya dövlət büdcəsi hesabına, yaxud da kreditlər hesabına tikilir. Amma istənilən halda həmin vəsait Azərbaycanındır, dəxli yoxdur büdcədən ayrılır, yaxud kreditlə həyata keçirilir. Məsləhət görərdim ki, bahalı inzibati binların tikintisi üçün nəzərdə tutulmuş pulları məhz işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldək. İnfrastruktur qurulmalı, yollar çəkilməli, evlər tikilməlidir. Qarabağın yenidən qurulması elə bir səviyyədə reallaşdırılmalıdır ki, Vətən müharibəsindəki qələbənin davamı olsun. Biz Qarabağı dirçəltməklə qələbəmizi tamamlamalıyıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onunçün öyrətdim ki, əlimi bu sənətə… 25 Fevral 2021, 11:36 Səbinə Əliyeva Avropa Şurasının üzvləri ilə görüşüb 25 Fevral 2021, 11:27 Lisey direktoru həbs edildi 25 Fevral 2021, 11:23 Ermənistan Rusiyanın köməyi ilə ordu islahatları aparacaq - Paşinyan 25 Fevral 2021, 11:21 Pakistanla Azərbaycana yeni aviareys açır 25 Fevral 2021, 11:20 İnsanın həyatını dəyişən KƏLAMLAR 25 Fevral 2021, 11:18 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 25 Fevral 2021, 11:13 Deputat: “Cümşüd Nuriyev və onun tayları bu dövlətin inkişafını istəmirlər” 25 Fevral 2021, 11:08 Xocalı Soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR 25 Fevral 2021, 11:03 Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi 25 Fevral 2021, 10:58 Müxalifət Yerevanın mərkəzi küçələrini bağladı 25 Fevral 2021, 10:53 Qışa hazır olmayan avtobusların sürücüləri cərimələndi 25 Fevral 2021, 10:50 Srebrenitsa anaları Azərbaycanda... 25 Fevral 2021, 10:45 Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb 25 Fevral 2021, 10:40 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir   25 Fevral 2021, 10:37 "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" - gerçək tarixin müzakirəsi 25 Fevral 2021, 10:32 Bu rayonlarda 17 dərəcə şaxta olub 25 Fevral 2021, 10:29 BirBank vasitəsilə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu 25 Fevral 2021, 10:28 Planeti koronavirusun üçüncü dalğası BÜRÜYÜB 25 Fevral 2021, 10:27 İsveçrədəki soydaşlarımız cenevrəli deputatlara çağırış ediblər 25 Fevral 2021, 10:23 Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim edilib 25 Fevral 2021, 10:20 Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab   25 Fevral 2021, 10:15 Həmkarlar Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb 25 Fevral 2021, 10:10 Bakının yolları səhərə kimi qardan təmizlənib - FOTOLAR 25 Fevral 2021, 10:05 Azərbaycan nefti 67 dollara yaxınlaşır 25 Fevral 2021, 10:00 Əsas avtomobil yollarında son VƏZİYYƏT 25 Fevral 2021, 09:54 Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər yaralanıb   25 Fevral 2021, 09:48 13 evdən 40 min manatlıq oğurluq edənlər saxlanıldı 25 Fevral 2021, 09:42 Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi 25 Fevral 2021, 09:36 "Brent" neftin qiyməti BAHALAŞDI 25 Fevral 2021, 09:30 Hava şəraiti ilə əlaqədar yollarda 41 qəza baş verib 25 Fevral 2021, 09:24 Bəzi məktəblərdə dərslər təxirə SALINDI 25 Fevral 2021, 09:18 Həbsdən çıxan mayor birinci əsgərlərini soruşdu 25 Fevral 2021, 09:12 İlham Əliyevdən Ərdoğana ad günü TƏBRİKİ 25 Fevral 2021, 09:06 Qarda yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatdı 25 Fevral 2021, 09:00