Modern.az

Təhsil haqqını ödəyə bilməyən tələbələr dərsdən sonra işləsinlər - Siyavuş Novruzov

Təhsil haqqını ödəyə bilməyən tələbələr dərsdən sonra işləsinlər - Siyavuş Novruzov

Təhsil

19 Yanvar 2021, 13:32

"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov "Müsavat TV"-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

 

Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib: "ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?".

 

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi