Modern.az

Kiçik Dəhnənin möhtəşəm xiyabanı - FOTOLAR

Kiçik Dəhnənin möhtəşəm xiyabanı - FOTOLAR

19 Yanvar 2021, 19:48

20 yanvar faciəsinin 31-ci ildönümündə Şəki rayonunun ən iri yaşayış məntəqələrindən olan Kiçik Dəhnə kəndində müasir Şəhidlər Xiyabanı ziyarətçilərin istifadəsinə verilib.

 

Modern.az xəbər verir ki, 1990-cı ildə salınmış və 16 sot sahədə yerləşən xiyaban bərbad vəziyyətdə idi. Şəhidlərin xatirəsinə salınmış-kənd sakinlərinin müqəddəs ziyarətgahı olan xiyaban əslən Kiçik Dəhnədən olan, hazırda Moskvada yaşayan iş adamı Elçin Calalovun və Rusiyada işləyən kənd sakinlərinin birgə dəstəyilə yenidən qurulub. Bu gün rayon rəsmiləri Kiçik Dəhnə kəndində olub. Yeni xiyabanda xatirə lövhəsi önünə güllər və əklil döşənib.

 

Kiçik Dəhnə Şəhidlər Xiyabanında çıxış edən Şəki rayon İH-nin başçısı Elxan Usubov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə şanlı ordumuzun tarixi qələbə qazanmağından danışıb.

 

Bildirilib ki, Şəkidən 2-ci Qarabağ savaşında 1300-dən artıq əsgər və zabit iştirak edib, rayonun 50 igid oğlu döyüşlərdə şəhid olub. Elxan Usubov rayonun ən iri yaşayış məntəqələrindən olan, 10 mindən arıq sakinin yaşadığı Kiçik Dəhnə kəndində xaricdə yaşayan sakinlərinin bu addımını çox müsbət dəyərləndirib və Kiçik Dəhnəni digər kəndlərə nümunə göstərib:

 

"Bu, bir nümunədir. Bətəndaşlıq borcunu, xaricdə yaşasalar da öz kəndlərini unutmurlar. Mən hesab edirəm ki, Kiçik Dəhnə kəndi kimi rayonda nümunəvi kənd yoxdur. Bəzi insanlar qıraqda yaşasalar da belə aktivlik göstərmirlər".

 

Kiçik Dəhnə kənd sakinləri, şəhid ataları Tapdıq Əsgərov və Oruc Salamov şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün ölkə və rayon rəhbərliyinə təşəkkür ediblər. 20 yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində kəndin şəhidlər xiyabanında aparılan yenidənqurma işlərinə görə isə bütün təşkilatçılara da minnətdarlıq edilib.

 

Qeyd edək ki, 1-ci Qarabağ savaşında Kiçik Dəhnə kəndi 9 şəhid verib, 4 nəfər itkin düşüb. 27 sentyabrda başlayan Vətən müharibəsində isə Kiçik Dəhnə kəndindən bir nəfər şəhid olub. Tərxan Zabit oğlu Qurbanov ailəsi Mingəçevirdə yaşadığından orada dəfn edilib.

 

Bütün şəhidlərimizə ehtiram və hörmətlə:

 

Aytəkin Alxaslı, Kiçik Dəhnənin yetirməsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir