Modern.az

Xaçmazdakı Şəhidlər Xiyabanı əsaslı təmirdən sonra istifadəyə verildi - FOTOLAR

Xaçmazdakı Şəhidlər Xiyabanı əsaslı təmirdən sonra istifadəyə verildi - FOTOLAR

Aktual

19 Yanvar 2021, 19:55

20 yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanı əsaslı təmirdən sonra istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın bölgələri arasında ilk belə müasir və orijinal kompleks olan xiyaban Vətən müharibəsində tarixi qələbəmiz fonunda həm şəhidlərimizin ruhuna hörmət, həm də rayon sakinlərinin ehtiram bəslədiyi və ziyarət etdiyi müqəddəs məkan baxımından çox vaxtında sakinlərin ixtiyarına verilib.

 

Xiyabanda əsaslı bərpa və yenidənqurma işləri aparılıb və 2020-ci ilin mart ayından burada sürətli iş gedib. Əvvəlki şəhidlər xiyabanından indi heç bir  əsər-əlamət qalmayıb. Ümumi ərazisi 3000 kv.m  olan yenilənmiş xiyabanda 700 kv.m  sahədə yaşıllıq qazon salınıb, 1500 kv.m sahədə beton tavalar-tamet daşları döşənib. Xaçmaz Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulub, 1-ci Qarabağ müharibəsində həlak olmuş 226 şəhidin , 2-ci Qarabağ müharibəsində həlak olmuş 48 şəhidin və 1 nəfər 20 yanvar şəhidinin xatirə lövhələri yenidən yüksək keyfiyyətlə hazırlanıb.

 

Şəhidlər Xiyabanının girişində şəhidlərimizin ölməz ruhunun ucalığını əks etdirən 17 metr hündürlüyündə ay-ulduzlu rəmzi abidə möhtəşəmliyi ilə diqqəti cəlb edir. Ərazinin işıqlandırılması üçün 8 ədəd işıq dirəyi,140 paqon metr beton bardiyorlar quraşdırılıb. Xiyabana qalxan pilləkənlərə və rəmzi abidənin önünə mərmər lövhədən düzülüb. Ümumiyyətlə, xiyabanda 1600 kv.metrə yaxın mərmərdən istifadə edilib. Belə ki, xatirə lövhələrinin istinad divarları, qazonların ətrafı, bardiyorların üzəri və işıq dirəklərinin oturacağı yüksək keyfiyyətli mərmərlə üzlənib. Tam yenilənən xiyabanın yenilənməsi Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin təşəbbüsü ilə baş tutub. Bu gün Xaçmaz Şəhidlər Xiyabanı mətbuat nümayəndələrinə təqdim olunub. Media işçiləri 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində belə möhtəşəm xiyabanın istifadəyə verilməsini çox təqdirəlayiq hadisə və şəhidlərimizin ruhuna dərin hörmət rəmzi kimi  dəyərləndiriblər.

 

Xaçmaz İH-nin açıqlamasında bildirilib ki, rayonda belə orijinal şəhidlər xiyabanının istifadəyə verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin və birinci Vitse-prezident Mehriban Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Bu istiqamətdə rayonda işlər davam etdirilir. Bildirilib ki,Vətən müharibəsində ümumilikdə 274 oğlunu qurban vermiş Xaçmazda İH  onların və qazilərin ailələrini bundan sonra diqqət mərkəzində saxlayacaq.

 

Aytəkin Alxaslı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir