Arxiv
20 Yanvar 2021, 01:21 | ANALİTİKA
Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik”

ABŞ-ın “The Berkshire Eagle” qəzetində ölkənin Rusiya ilə münasibətlərinə dair məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin şərhçisi və redaksiyanın məsləhət şurasının həmsədri Donald Morrisondur.

Modern.az saytının məlumatına görə, Novator.az məqaləni ingilscədən çevirib. Həmin məqaləni oxucuların diqqətinə çatdırırıq.

***

Yazıq Co Bayden. On illər boyu ictimai-siyasi arenada külüng döyəndən sonra, nəhayət, ABŞ-ın prezidenti postuna gəlir, amma prezidentliyi son onilliklərin ən ciddi problemlərlə qarşılaşdığı zamana – pandemiya, qiyam və iqlim dəyişkənliyi dövrünə təsadüf edir.

İldən-ilə ABŞ-da və dünyada qlobal istiləşmə, daşqınlar, fırtınalar, meşə yanğınları artır. Aramsız quraqlıq və daşqınlar üzündən münbit torpaqlar məhv olur, yararsız hala düşür.

Artıq iqlim dəyişkənliyi milli təhlükəsizlik məsələsinə çevrilib. Müdafiə Nazirliyi bəyan edib ki, daşqınlar, dənizlərdə suyun səviyyəsinin artması ABŞ-ın 79 hərbi bazasının fəaliyyətinə mənfi təsir göstərəcək, hətta o bazaların bəzisi bağlanacaq. Pentaqon qlobal istiləşmə səbəbindən milyonlarla insanın qaçqın düşəcəyini, siyasi və iqtisadi durumun qeyri-sabit olacağını proqnozlaşdırır.

Təhlükəsizlik ekspertləri isə iqlim dəyişkənliyi fonunda Rusiyanın daha şanslı olmasına diqqət çəkirlər. Mütəxəssilər hesab edirlər ki, Rusiya ərazilərinin çoxu şimalda yerləşdiyinə görə onun torpaqlarının korlanması təhlükəsi yoxdur. Ona görə də Rusiya dünyanın kənd təsərrüfatı və iqtisadi güc mərkəzinə çevrilə bilər.

Dünya istiləşdikcə Rusiyanın böyük neft və meşə (ağac) ehtiyatları daha çox əhəmiyyət daşımağa başlayacaq. Rusiya indidən Şimal Buzlu okeanında buzların əridilməsi işinə xərc qoymaq və orada həm iqtisadi, həm hərbi varlığını gücləndirmək niyyətindədir.

Bəs Rusiyanın bu planları niyə problem sayılsın? Çünki bu ölkə illərdir dünyada mənfi imic formalaşdırıb. Hazırda Rusiyada korrupsiyaya uğramış diktator rejimi hökm sürür. Bu rejim ABŞ və Avropaya qarşı kiber müharibə aparır, seçkilərə müdaxilə edir, xarici ölkələrə sığınan dissidentləri zəhərləyir, jurnalistləri evində öldürür, qonşu dövlətlərin ərazisinə göz dikir, onların torpağını zəbt edir, 2014-cü ildə Ukraynanın Krım bölgəsini ilhaq etdiyi kimi.

Son dövrlərdə isə Rusiya ABŞ-ı avropalı müttəfiqlərindən ayırmaq üçün avropalılara rus neftinin və qazının asan yollarını göstərir.

Rusiyanın bu qədər narahatlığa səbəb ola bilməsinin bir günahı da ABŞ-ın özündədir. 1991-ci ildə Sovet İttifaqı dağılanda Rusiyada xaos hökm sürürdü. O vaxt ABŞ Rusiyaya yardım əlini uzada bilərdi. Bunu etməkdənsə ABŞ bir sıra keçmiş Sosialist bloku (Şərq bloku) ölkələrini NATO-ya üzv olmağa dəvət etdi və anti-sovet alyansını Rusiyanın sərhədlərinə qədər genişləndirdi. ABŞ hətta orada ballistik raketlər də yerləşdirdi.

Bu gərəksiz, qıcıqlandırıcı addımlar Rusiyada Qərbin mühasirəsinə düşmək qorxusunu artırdı. Ona görə ABŞ-la münasibətlər pisləşməyə başladı.

2009-cu ildə Barak Obama ABŞ prezidenti kimi Rusiya ilə yenidən münasibət qurmağa çalışdı və bir müddət bunun üzərində işlədi. Obama və Rusiyanın o dövrdəki prezidenti Dmitri Medvedev yeni strateji silahlara dair müqavilə imzaladılar. Ancaq Vladimir Putin 2012-ci ildə prezident postuna qayıdan kimi ABŞ-dan xeyli dərəcədə üz döndərdi. Çünki onun ayrı planları vardı: əvvəlcə sönmüş Rusiyaya sovet dövründəki təhlükəsizliyi və əzəməti qaytarmaq, sonra isə köhnə haqq-hesabları çürütmək.

Putin Rusiyanın qonşularını əldən saldı, onların ərazilərini ilhaq etdi və daxildə öz populyarlığını artırmaq üçün ABŞ-ı mənəvi cəhətdən sarsıtmaq yolunu tutdu. O, Donald Trampla dostluğundan yararlanıb NATO ilə münasibətləri pozdu və ABŞ-ın Krımla bağlı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları zəiflətdi. Nəticədə hakerlikdə və seçkilərə müdaxilədə ittiham olunan Rusiya bu qınaqlardan yaxasını kənara çəkə bildi.

Putin Rusiyanı dədə-baba mülkü kimi idarə edir. Onun ciddi rəqibləri yoxdur və bu yaxınlarda hakimiyyətini daha 16 il uzatmaq üçün qanunu da dəyişdirib. Putin ABŞ-ın yeni prezidenti Baydenə və bütün dünyaya indən belə də bir müddət problem olaraq qalacaq.

Donald Tramp Moskva ilə daha sıx əlaqələr qurmağa çalışsa da, ABŞ-da Rusiyadan narazılıq artmaqdadır. “Pyu” (Pew) Araşdırma Mərkəzinin sorğusu göstərir ki, son illərdə amerikalılar arasında Rusiyanın hörməti çox aşağı düşüb.

Rusiya ilə necə davranmaq lazımdır? ABŞ bu ölkənin son haker hücumlarına cavab verməli və avropalı müttəfiqləri ilə dağılmış birliyini bərpa etməlidir. Eyni zamanda Rusiya ilə mövcud əlaqələr dərinləşdirilməli və ortaq maraq nöqtələri tapılmalıdır.

İqlim dəyişkənliyi, qlobal istiləşmə gələcəkdə Rusiyanın dadına çata bilər, ancaq Putin o vaxta qalası deyil. Ona görə də o, indiki mərhələdə Rusiyanın uğradığı ziyanı minimuma endirmək fikrinə düşə bilər.

ABŞ-ın etməli olduğu daha bir iş var: soyuq müharibəni canlandırmaq və  cilovlama siyasəti yürütmək. Söhbət vaxtilə Kubada yaranmış raket böhranından – “Karib dənizi böhranı”ndan getmir, söhbət yumşaq güc elementlərinin tətbiqindən, qarşlıqlı mədəni əlaqələr və təhsil mübadiləsi proqramından gedir. 1958-ci ildə ABŞ belə bir planı işə salmışdı, indi o plan ölü vəziyyətdədir.

Sovetlər bizə – Amerikaya şair Yevgeni Yevtuşenkonu, bəstəkar Dmitri Kabalevskini, “Bolşoy Teatr”ın balet truppasını göndərirdi. Biz isə onlara Benni Qudmanı, Boston Simfonik Orkestri və “Motley Cre” qrupu kimi sənət nümunələrini təqdim edirdik.

Bu, ədalətli bir mübarizə idi. Sonda biz qalib gəldik, Sovet İttifaqı isə dağıldı.

Mən “Bolşoy Teatr”ın, Moskva Simfonik Orkestrinin, çağdaş rus fantastik filmlərinin, Andrey Tarkovskinin filmlərinin vurğunuyam. Ona görə də durmayın, onları gətirin Amerikaya! Yeni şeylər öyrənə bilərik. Biz də ruslara Ceyms Teylor, Billi Ayliş, Kolson Uaythed, Kənde Vayli və “Hamilton”u göndərək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sahil Babayevin 1 686 əməkdaşı CƏZALANDIRILDI 13 Aprel 2021, 10:50 “Baku Steel Company”dəki qəza ilə bağlı AÇIQLAMA 13 Aprel 2021, 10:46 Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Azərbaycan bu xarici universitetlərin diplomlarını tanımır - SİYAHI 13 Aprel 2021, 10:40 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17 Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq 13 Aprel 2021, 10:12 “Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” - Hacı Şahin 13 Aprel 2021, 10:06 Qafqaz Müsəlmanları İdarəsində seçkilər: gündəmdə deyil 13 Aprel 2021, 10:00 Prezident universitetdə çıxış edir - CANLI 13 Aprel 2021, 09:54 Ötən gün 8 koronavirus xəstəsi yaxalandı, 3 nəfərə cinayət işi açıldı 13 Aprel 2021, 09:48 DİM bu tarixlərdə 25 şəhər və rayonda buraxılış imtahanı keçirəcək 13 Aprel 2021, 09:42 Azərbaycanda yaşa görə pensiya alanların sayı AÇIQLANDI 13 Aprel 2021, 09:36 Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı 13 Aprel 2021, 09:30 Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır? 13 Aprel 2021, 09:24 Deputatlar bu gün 9 məsələyə görə TOPLAŞIR 13 Aprel 2021, 09:18 Neftin bahalaşması davam edir 13 Aprel 2021, 09:12 "İnstaqram"ın işində problem yarandı 13 Aprel 2021, 09:06 Çində koronavirusla bağlı SON VƏZİYYƏT 13 Aprel 2021, 09:00 Siyəzəndə 18 yaşlı qız su kanalında batıb 13 Aprel 2021, 08:52 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 13 Aprel 2021, 08:45 ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq 13 Aprel 2021, 08:38 Bir qrup jurnalist Cəbrayıl və Qubadlıya getdi 13 Aprel 2021, 08:30 Ürək krizi keçirən xəstəyə ilk tibbi yardım 13 Aprel 2021, 08:22 Çavuşoğlu ilə ABŞ-ın Dövlət Katibi arasında telefon danışığı olub 13 Aprel 2021, 08:15 Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir 13 Aprel 2021, 08:08 Toy mərasimi keçirmək istəyən 12 nəfər cərimələndi 13 Aprel 2021, 08:00 Xankəndidə ofis yeri yox, İcra Hakimiyyəti binası axtarılmalıdır... 13 Aprel 2021, 07:54 Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılır 13 Aprel 2021, 01:00 Hindistan Rusiya peyvəndindən də istifadə edəcək 13 Aprel 2021, 00:47 Türkiyə xüsusi təyinatlılarının gecə paraşütlə tullanma görüntüləri - VİDEO 13 Aprel 2021, 00:32 Teledərslərin bu günə olan CƏDVƏLİ 13 Aprel 2021, 00:16