Modern.az

Rusiya parlamenti Qarabağla bağlı hökumətə MÜRACİƏT EDƏCƏK

Rusiya parlamenti Qarabağla bağlı hökumətə MÜRACİƏT EDƏCƏK

20 Yanvar 2021, 12:26

Rusiya parlamenti Dağlıq Qarabağda sülhməramlı kontingentin nəzarət etdiyi ərazilərdə yaşayan sakinlərin vaksinasiya olunmasını təklif edir.

 

Modern.az xəbər verir ki, bu barədə Dumanın MDB ilə iş üzrə komitə sədrinin 1-ci müavini Konstantin Zatulin bildirib. Komitə iclasında qərarın dəstəkləndiyi bildirən Zatulin Qarabağda yaşayan insanların Rusiya vaksini ilə peyvənd olunmasını dəstəklədiklərini bildirib.

 

Dövlət Duması hökumətə müraciətində Dağlıq Qarabağla yanaşı, Dnestryanı, Ukraynanın Luqansk və Donetsk bölgəsində yaşayan insanların da peyvəndlənməsini təklif edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər