Modern.az

Qarabağda son 30 ildə məhv edilən erməni hərbçilərin SAYI...

Qarabağda son 30 ildə məhv edilən erməni hərbçilərin SAYI...

Qarabağ

21 Yanvar 2021, 12:59

Ermənistanda 1991-ci ildən bəri Qarabağda məhv edilən erməni hərbçilərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın zamanında (1991-1998) Ermənistan Qarabağ döyüşlərində təxminən 7 min hərbi qulluqçu itirib.

Bundan başqa, Robert Koçaryan vaxtında (1998-2008) 92, Serj Sarkisyan dönəmində isə (2008-2018) 228 erməni hərbçi Qarabağ istiqamətində məhv edilib.

 

Baş nazir Nikol Paşinyanın (2018-) hökumət rəhbəri olduğu dövrdə isə Ermənistan mediasının təxmini məlumatlarına görə, 5 min hərbi qulluqçu Qarabağ regionunda ölüb.

Beləliklə, tam olmayan məlumatlara görə, Qarabağda 1991-ci ildən bu günə qədər 12 320 erməni hərbçi ölüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər