Arxiv
22 Yanvar 2021, 09:24 | HADİSƏ
Ermənilər Cəbrayıldakı qəbiristanlıqları eşib, insan sümüklərini çıxarıblar

“Uzun müddət işğal altında olan digər bölgələrimiz kimi, Cəbrayıl rayonunda da ermənilər bütün infrastrukturu yerləyeksan ediblər. Cəbrayılın yalnız qalıqları qalıb, şəhərdən əsər-əlamət yoxdur. Onlar bununla kifayətlənməyərək, Cəbrayıldakı qəbirstanlıqları da dağıdıblar. Diriləri vəhşicəsinə qətlə yetirən zəhərli ideologiya və xəstə təxəyyül sahibləri ölüləri də qəbirlərində rahat uyumağa qoymayıblar. Qəbirləri eşərək, əcdadlarımızın sümüklərini çıxarıb təhqir ediblər”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib.

Deputat deyib ki, ermənilərin vəhşiliyi və amansızlığı bununla bitməyib. Onlar Cəbrayıl rayonunun məscidlərini də dağıdıblar.

“Cəbrayıl rayonunun mərkəzində isə kilsə tikiblər. Əslində bütün dinlərdə məscid, kilsə və sinaqoq Allahın evi sayılır. Ermənilər üçün isə müqəddəs heç nə yoxdur. Bir tərəfdən müsəlman məscidlərini dağıdır, digər tərəfdən Allaha ibadət üçün kilsə tikirlər. Əslində isə hər ikisi Allah evidir, Allaha dua və ibadət etmək üçün inşa olunur”.


C.Məmmədov rəsmi məlumatlara əsasən deyib ki, işğala qədər Cəbrayıl rayonunda 5 tarixi məscid var idi.

“Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşirdi. Əldə etdiyimiz şəkillərə əsasən, həmin məscidlərdən yalnız Papı və Süleymanlı kəndlərindəki ibadətgahların qalıqları qalıb. Ermənilər bu məscidləri də yerləyeksan ediblər. Bu, bir daha həmin  xalqın hansı mənəviyyat, əxlaq və tərbiyə sahibi olduğunu göstərir”.


Deputat xatırladıb ki, Ermənilərdən fərqli olaraq Azərbaycan Bakının mərkəzindəki erməni kilsəsini və içərisindəki erməni dilində olan 5 minə yaxın ədəbiyyatı qoruyub saxlayır.

“Budur iki xalq arasındakı böyük fərq. Bu, eyni zamanda, Azərbaycan xalqının böyüklüyündən, yüksək mədəniyyətindən digər din və mədəniyyətlərə dözümlü münasibətindən xəbər verir. Çünki Azərbaycan xalqı zəngin tarixə və multikultural dəyərlərə malik xalqdır, gözü toxdur, heç kimə qarşı torpaq iddiası yoxdur.

Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan ermənilərin dağıtdıqları bütün mədəniyyət abidələrini, ibadət ocalqarını, məscidləri yenidən bərpa edəcək, onlara tarixi əzəmətini qaytaracaq. Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu layihələndirmə işlərinə başlayıb. Tezliklə konkret layihələrin icrasına başlanılacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07 Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI 8 mart 2021, 12:00 Qubada alma yeşikləri yük maşınından yola dağıldı - Fotolar 8 mart 2021, 11:54 “Bizimlə kimsə təkəbbürlə danışa bilməz” - İbrahim Kalın 8 mart 2021, 11:47 Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi 8 mart 2021, 11:40 Nazir xanımları təbrik etdi 8 mart 2021, 11:36 Britaniyalı nazir Azərbaycan qadınlarını təbrik etdi 8 mart 2021, 11:32