Arxiv
22 Yanvar 2021, 14:00 | İQTİSADİYYAT
Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, Prezidentin fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

Fərmanda deyilir:
 

2. Müəyyən edilsin ki:

2.1. İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir;

2.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir;

2.4. Müşahidə Şurasının 4 (dörd) üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3 (üç) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

2.4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

2.4.2. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

2.4.3. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.

2.5. Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlara dəyişiklik edilməsi;

3.1.2. Agentliyin ləğvi və yenidən təşkili.

3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. iki ay müddətində:

4.1.1. Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

4.2.1. Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;

4.2.2. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Aidiyyəti dövlət qurumları bu Fərmanın 2.4-cü bəndinə uyğun olaraq Agentliyin Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etsinlər.

6. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:

6.1. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirsin;

6.2. sənaye parklarının və sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı məsələlərin tənzimlənməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

7.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

7.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsini altı ay müddətində həyata keçirsin və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhlükəsizlik Şurası Sarkisyana SƏSLƏNDİ 1 mart 2021, 13:53 Kişi arvadını boğaraq öldürdü 1 mart 2021, 13:47 Paşinyan “İsgəndər” raketi barədə dediyi sözləri GERİ GÖTÜRDÜ 1 mart 2021, 13:41 “Suraxanı” gəmi-muzeyinin açılışı oldu - FOTOLAR 1 mart 2021, 13:24 Prezident və birinci xanım Bakı gəmiqayırma zavodundakı mərasimlərdə... 1 mart 2021, 13:20 Prezident yeni inzibati binanın açılışını etdi 1 mart 2021, 13:17 Xarici jurnalistlərin Azərbaycanla bağlı təəssüratları - VİDEO 1 mart 2021, 13:14 Daha bir partiya sədrinə vaksin vuruldu - O da çağırış etdi 1 mart 2021, 13:12 Etirazçılar Yerevanda hökumət binasına daxil oldu 1 mart 2021, 13:11 Azərbaycan Ankara ilə Təl-Əviv arasında vasitəçi ola bilər - Türkiyəli deputat 1 mart 2021, 13:07 Paşinyan barədə dövlətə xəyanət maddəsi ilə ARAŞDIRMA BAŞLADI 1 mart 2021, 13:04 Salyanda qanunsuz ov edən şəxslər saxlanıldı 1 mart 2021, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 1 mart 2021, 12:58 Dünya mediasını heyran qoyan Lider 1 mart 2021, 12:54 Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ 1 mart 2021, 12:50 İran səfirliyi məlumat yaydı 1 mart 2021, 12:46 Qlobal Jurnalistlər Birliyinin sədri və müavini Türkiyə səfirilə görüşdü - FOTOLAR 1 mart 2021, 12:42 Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs oldu 1 mart 2021, 12:36 DİM bir nəfər üçün imtahan keçirib 1 mart 2021, 12:30 Şamaxı Rəsədxanası işçi axtarır 1 mart 2021, 12:24 AzEdu Təhsil Portalının 3 yaşı oldu 1 mart 2021, 12:18 Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı 1 mart 2021, 12:12 Milli Məclisin kişi deputatı: “Ən yaxşı 2-3 aşpaz varsa, onlardan biri mənəm” - MARAQLI 1 mart 2021, 12:06 Brokonyerlər maralı boğaraq öldürdülər - VİDEO 1 mart 2021, 12:00 Azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirildi 1 mart 2021, 11:57 Qazilərimiz dövlət qayğısı əhatəsindədir! 1 mart 2021, 11:53 Qarlı günlərdən sonra Nərimanovda təmizlik işləri davam etdirilir 1 mart 2021, 11:50 Talışda şəhid olan kəşfiyyatçının xanımı: “20 saat xəbər almayanda, anladım ki...” - FOTOLAR 1 mart 2021, 11:48 Narkotikə görə tutulan şəxsin evindən silah da tapıldı - VİDEO 1 mart 2021, 11:44 Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq - DEPUTAT 1 mart 2021, 11:41 Talış kəndinə getmək istəyən Tərtər sakinləri SAXLANILDI 1 mart 2021, 11:37 Azərbaycanda dəhşətli qətl - bacı qardaşını bıçaqladı 1 mart 2021, 11:33 Baş infeksionist əhaliyə müraciət etdi 1 mart 2021, 11:29 AZƏRTAC-ın 101 yaşı tamam olur 1 mart 2021, 11:24 1 nəfər virusa yoluxdu, 1,5 milyon insan karantinə alındı 1 mart 2021, 11:21