Modern.az

Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA

Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA

22 Yanvar 2021, 15:06

"Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında mədəniyyət naziri Anar Kərimov deyib. 

 

Nazir qeyd edib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: "Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirilib. Bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymətin verilməsinə çalışacağıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir