Modern.az

Moskva, Peterburq, Novosibirsk, Vladivostok... – Rusiyada kütləvi aksiyalar – FOTOLAR

Moskva, Peterburq, Novosibirsk, Vladivostok... – Rusiyada kütləvi aksiyalar – FOTOLAR

Dünya

23 Yanvar 2021, 16:00

Bu gün Rusiyanın əksər iri şəhərlərində müxalifətin etiraz aksiyası baş tutub.

Modern.az xəbər verir ki, aksiyalar siyasətçi-blogger Aleksey Navalnının ölkəyə qayıtmasından dərhal sonra həbs olunmasına qarşı keçirilir. Etirazçılar Navalnının azadlığa buraxılmasını tələb etməklə yanaşı, prezident Vladimir Putindən də istefa verməsini tələb ediblər.

 

Bu saata qədər polis müxtəlif şəhərlərdə 381 etirazçını saxlayıb. Aksiyalar Moskva, Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk və Vladivostok şəhərində xüsusilə çoxsaylıdır.

 

Moskvada etirazların mərkəzi Puşkin meydanıdır. Daxili İşlər Nazirliyi meydanda 4 min etirazçının olduğunu bildirsə də, müxalifət aksiyada azı 7 min nəfərin qatıldığını açıqlayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı